Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universiteti Türkiyənin 2 böyük Universiteti anlaşdı: Regionda PUA hazırlanacaq. Mühəndislik profilli tələbələr Türkiyəyə göndərilir
Mingəçevir Dövlət Universiteti innovasiya yönümlü inkişaf strategiyasına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım
Mingəçevir Dövlət Universiteti Türkiyənin Düzce Universiteti ilə yeni əməkdaşlıq imkanlarını genişlədirir: Yeni tərəfdaşlıq istiqamətləri müəyyənləşdirilib
2026-cı ilin 15–16 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib və səfər
Mingəçevir Dövlət Universitetinin müəllimləri Türkiyənin aparıcı universitetlərində akademik mobillik proqramında iştirak ediblər
Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mübadilə çərçivəsində Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramında iştirak ediblər. 2026-cı
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Gazi Universitetində görüşlər keçirib: Rəqəmsal texnologiyalar və mühəndislik sahələrində ortaq layihələr müzakirə olunub
2026-cı ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Ankara şəhərində yerləşən Gazi Universitetini
Elanlar

“ODTÜ Yay Məktəbi – 2026” üçün müraciətlərin qəbulu başladı
Universitetimizin tələbələri üçün Orta Doğu Teknik Üniversitesi (ODTÜ) tərəfindən təşkil olunan Beynəlxalq Yay Məktəbi Proqramına müraciət açıq elan olunur! 📅

Mingəçevir Dövlət Universitetində tələbə və müəllimlər üçün mübadilə proqramına müraciətlər başlayır: Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr və Macarıstan universitetlərində təhsil və tədris imkanı
Mingəçevir Dövlət Universiteti tələbə və müəllimlər üçün beynəlxalq akademik mübadilə imkanlarını genişləndirməyə davam edir. Universitetdə 2026–2027-ci tədris ilinin payız və

“Orhun Mübadilə Proqramı” tələbə və müəllimlər üçün məlumatlandırma görüşü
🔴 Mingəçevir Dövlət Universitetində “Orhun Mübadilə Proqramı” ilə bağlı tələbə və müəllimlər üçün məlumatlandırıcı görüş keçiriləcək. ✅ Görüş zamanı:▶️ Təhsil