2024-cü ilin 07 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Tədris-metodiki vasitələrə qoyulan tələblər” adlı təlim keçirilib.
MDU-nun akademik heyət üzvlərinin iştirak etdiyi təlimdə şöbə müdiri, dosent Vüqar Mustafayev mövzu ilə əlaqədar ətraflı çıxış edib. O, dərslik və dərs vəsaitinin hazırlanması üçün müəyyən tövsiyyələr verib, tədris nəşrinə, metodik vəsaitlərə qoyulan tələblər haqqında danışıb. Təlim iştirakçıları praktiki məşğələlərə aid tədris-metodiki, həmçinin dərs vəsaitinin strukturu və məzmunu ilə, tədris nəşrlərinin tərtibatı ilə tanış olublar. Eyni zamanda dərs vəsaiti və dərslik arasındakı fərqlər və əlaqələr haqqında məlumat alıblar.
Maraqla qarşılanan təlimdə əməkdaşlar tərəfindən verilən suallar V.Mustafayev tərəfindən cavablandırılıb.