“Simbioz” Texnoloji Biznes İnkubasiya Mərkəzi MDU tələbələrilə görüş keçirib

  • Post category:MDU xəbərləri

2024-cü ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün  Mingəçevir Yüksək Texnologiyalar Parkının (YTP) (“HTech Invest” MMC) nəzdində fəaliyyət göstərən “Simbioz” Texnoloji Biznes İnkubasiya Mərkəzi tərəfindən gənclərin ideyalarının reallaşdırılması ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə “Simbioz” Texnoloji Biznes İnkubatorun koordinatoru Orxan Nadirov tədbirin məqsədləri barədə danışıb və iştirakçılara ideya, onun məzmunu, ideyanın reallaşdırılması potensialı, ideyadan layihəyə keçidin yolları, biznes layihəsinin komponentləri və startap ideyalarının formalaşdırılması məsələləri haqqında ətralı məlumat verib. O, bildirib ki, MDU ilə Mingəçevir YTP  arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində “Simbioz” Texnoloji Biznes İnkubatoru mühüm rol oynayır.  O.Nadirov vurğulayıb ki, həyata keçirilən bu kimi əməkdaşlıqların yüksək intellektli və kreativ düşüncəli tələbə gənclərin startap qurmaq bacarıqlarının artırılmasında xüsusi rolu vardır.

Görüş çərçivəsində iştirakçılarla geniş müzakirələr aparılıb və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə danışılıb.

Qeyd edək ki, görüş İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında imzalanan  Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.