Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi

Şöbə haqqında

Mingəçevir Dövlət Universitetinin Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi MDU-nun rəqəmsal transformasiya sahəsində fəaliyyətinin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi, tənzimlənməsi və bu fəaliyyətə nəzarət edilməsi, MDU-ya aidiyyəti olan layihələrin, o cümlədən startapların təşviqi, onlara müvafiq dəstəyin verilməsi və təşəbbüskarlığın təbliği istiqamətində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur qurumdur.

  Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, MDU-nun nizamnaməsini, bu Əsasnaməni, həmçinin MDU rəhbərliyinin əmr və digər qanuni göstərişlərini rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. MDU-nun rəqəmsallaşma, rəqəmsal transformasiya və layihələrin idarə olunması ilə bağlı strategiyasının hazırlanmasında iştirak etmək;
  2. MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin tətbiqi ilə bağlı ehtiyacları müəyyən etmək;
  3. MDU-nun strateji inkişaf planına uyğun olaraq rəqəmsallaşma və rəqəmsal transformasiyanın, layihələrin və startapların inkişafı üçün müvafiq tədbirlər həyata keçirmək;
  4. MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin hazırlanması, tətbiqi və inteqrasiyası ilə bağlı fəaliyyəti təşkil və koordinasiya etmək;
  5. MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin idarə olunması və səmərəli istifadəsi üçün tədbirlər görmək;
  6. MDU-da layihə və startap fəaliyyətlərinin təşkilini və əlaqələndirilməsini (koordinasiya edilməsini) təmin etmək;

Şöbə müdiri

Tağıyev Elçin Nağı oğlu, Phd (c) 

Təhsil, sertifikatlar:

  • Bakalavr- Qafqaz Universiteti , Kompüter mühəndisliyi ixtisası, 2006-2011
  • Magistr- Sumqayıt Dövlət Universiteti, İdarəetmədə İnformasiya sistemləri, 2012-2014
  • Doktorantura- Gəncə Dövlət Universiteti, 2019-
  • Korea, Seul, noyabr 2019, “İnformasiya təhlükəsizliyi siyasəti” kursu.
  • Türkiyə, Ankara, may-iyun 2022, Qazi Universiteti, İdarəetmədə informasiya texnologiyaları təcrübə proqramı
  • Korea, Seul, oktyabr 2022, “Süni intellekt və texnologiyaları” kursu
  • QSS analitika, 2019, Biznesdə data analitikası kursu
  • İtaliya, Laquile Universiteti, mart 2024, MDU-un tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” Erasmus+ layihəsi
  • Finlandiya, Jvaskala Universiteti, aprel 2024, MDU-un tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” Erasmus+ layihəsi
  • Respublika fənn olimpiadalarında Fizika fənni üzrə respublika birincisi, 2004
  • Beynəlxalq Riyaziyyat layihə olimpiadası ikincisi, 2005

İş təcrübəsi:

  • Rəqəmsal inkişaf və layihələrin idarə olunması – Şöbə müdiri
  • Mingəçevir Dövlət Universiteti – İnformasiya Texnologiyaları kafedrası, Müəllim
  • Mingəçevir Dövlət Universiteti – Proqramçı
  • Mingəçevir Dövlət Universiteti – Tədrisin təşkili üzrə mütəxəssis
  • Azərbaycan Texnologiya Universiteti- Müəllim
  • Azərbaycan Texnologiya Universiteti- Mütəxəssis
  • Müxtəlif zamanlarda Gənclər və İdman Nazirliyində, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İKT və proqramlaşadırma üzrə təlimçi

Nəaliyyətlər:

  • Avropa Birliyinin dəstəyi, Bakı Biznes Universitetinin koordinatorluğu ilə “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və İnkişafı” layihəsində iştirak, 2019
  • Avropa Birliyinin dəstəyi, ARTİ-in koordinatorluğu ilə HORİZON 2020 (Avropa birliyinin tədqiqat, ixtira və innovasiya layihəsi) təlimlərində iştirak, 2020
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Qrant Müsabiqəsinin qalibi olmuş komandanın üzvü (Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizlik laboratoriyasının yaradılması layihəsi), 2021
  • Müxtəlif vaxtlarda universitetlər arası keçirilən proqramlaşdırma olimpiadalarında komanda rəhbəri
  • Mingəçevir Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin dəstəyi, CodeFactory və TexnoLab şirkətinin icrası ilə keçirilən Rəqəmsal marketing, Şəbəkə inzibatşılığı, Elektronika üzrə təlimlərdə kordinator
  • İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin dəstəyi, SUP.VC şirkətinin təşkilatçılığı ilə keçirilən regionlarda statrtap ekosisteminə dəstək layihəsində mentor
  • ASAN İnnovasiyalar mərkəzinin, Gələcək üçün bacarıqlar layihəsində mentor
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keçirdiyi, Akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər təlimində iştirak

Elmi nəşrlər:

  • Biri kitab olmaqla, 27 yerli, beynəlxalq jurnal və konfranslarda məqalələrin, tezislərin müəlifi

Əməkdaşlar

Məcidli Cavid Vəli oğlu, mütəxəssis

Təhsil, sertifikatlar:

  • Bakalavr- Mingəçevir Dövlət Universiteti , Sənayenin təşkili və idarə olunması, 2013-2017
  • Mingəçevir Dövlət Üniversitetindən məzun olarkən Elm və Təhsildə əldə etdiyi uğurlara görə ( Fəxri Fərman )
  • Mingəçevir Dövlət Üniversiteti və Xalq Sığorta ASC-nin birgə təşkil etdiyi

Sığorta gələcəyimiz –gələcəyimiz isə uğurumuzdur layihəsindən ( Sertifikat)

  • Mingəçevir Dövlət Üniversiteti və Mingəçevir Tekstil MMC-nin birgə təşkil  etdiyi Yüksəık Texnologiyalar üzrə master klassdadan (Sertifikat)
  • İşıqlı Gələcək Gənclər İctimai birliyinin həyata keçirdiyi təhsildə onlayn

          platformalardan istifadə qaydalarının öyrədilməsi layihəsindən ( Sertifikat)

  • Biznes Marafonu mövzüsunda olan vebinarı müvəffəqiyyətlə bitirdiyinə görə (Sertifikat)
  • .Azərbaycan Respublikasının Mərkəzi Bankı ( 06-09 iyun 2022-ci il tarixlərində Maliyyə Savadlılığı    mövzuları üzrə vebinarlarda) iştirak etdiyinə görə (Sertifikat)
  • Mingəçevir Dövlət Üniversiteti Tyutor təlimi (Sertifikat)

İş təcrübəsi:

  • Mingəçevir Dövlət Universiteti Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi – Mütəxəssis
  • Mingəçevir Dövlət Universiteti – İqtisadiyyat və etmə fakültəsi tyutor (akademik məsləhətçi)

Əlaqə

Elm və innovasiyalar şöbəsi

Şöbə haqqında

Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.

Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

– Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır,

– kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.

– elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;

–  elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;

-Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.

Şöbə müdiri

Mustafayev Vüqar Sabir oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent

12 noyabr 1966-cı il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. 1984-cü ildə Mingəçevir şəhər 7 saylı orta məktəbini bitirmiş və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (hazırkı Azərbaycan Texniki Universiteti) qəbul olunmuşdur. 1991-ci ildə həmin ali məktəbi “Yükqaldırıcı nəqliyyat, inşaat və yol maşınları və avadanlığı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il təyinat üzrə Azərbaycan Texniki Universitetinin “Maşın detalları və YQNM” kafedrasında stajor-tədqiqatçı vəzifəsinə işə qəbul olunmuşdur.

Ali məktəbdə təhsil alarkən 1985-1987-ci illərdə (o vaxt qüvvədə olan qanun əsasında) hərbi xidmətdə olmuşdur.

1993-98-ci illərdə AzDRES Tikinti-Quraşdırma İdarəsində təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində Mingəçevir Politexnik İnstitutunun (hazırkı Mingəçevir Dövlət Universitetinin) “Maşınqayırma və ümumtexniki fənlər” kafedrasında (hazırkı “Mexanika” kafedrasında) saat hesabı dərs aparmışdır. 1998-ci ildən Mingəçevir Politexnik İnstitutunun “Maşın mühəndisliyi və ümumtexniki fənlər” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2015-ci ildə “Nəqliyyat və maşın mühəndisliyi” kafedrasının (hazırkı Mexanika kafedrasının) müdiri, 2015-20-ci illərdə Energetika və mexanika fakültəsinin (hazırkı Mühəndislik fakültəsinin) dekanı olmuşdur. 2020-ci ildən Elm və innovasiyalar şöbəsinin müdiridir.

2005-ci ilin iyun ayında “05.02.02 – Maşınşünaslıq, maşın detalları və ötürmə sistemləri” ixtisasi üzrə namizədlik dissertasiyası müdafiə etmiş və 2006-cı ilin mart ayında Ali Attestasiya Komissiyasının qərarı ilə ona texnika elmləri namizədi (texnika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi, 2012-ci ilin sentyabr ayında isə dosent elmi adı verilmişdir.

50-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 1 patent, 2 metodik vəsait və 3 dərs vəsaitinin müəllifidir.

Ailəlidir, iki övladı, bir nəvəsi var.

Əməkdaşlar

Xəbərlər

Elanlar

Kazan Dövlər Energetika Universiteti (КГЭУ) RF AAK –  Вестник КГЭУ  elmi jurnalına məqalə qəbulu aparır:

до 28 апреля собираем статьи в номер 1 журнала ВАК РФ – Вестник КГЭУ.   Будем  благодарны ,если направите Вашу статью или Ваших коллег в данный номер. требования к оформлению направляю. Статьи просим направлять на почту: vkgeu@bk.ru

“Genius” Beynəlxalq İdman, Təhsil Və Elm Mərkəzi (Qazaxıstan) 15-16 may 2021-ci il tarixlərində “XX əsrdə təhsil və elm” Beynəlxalq elmi-praktik internet-konfrans keçirir:

Naxçıvan Dövlət Universitetində 23 may 2021-ci il tarixində “Beynəlxalq Duzdağ araşdırmaları” mövzusunda onlayn konqres keçriləcək:

Əlaqə

(055) 289 12 66; (050) 521 96 97