Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin tələbələrinin dərslərə davamiyyətinə dair monitorinqin nəticələri müzakirə olunub.
Təhsil fakültəsində Daxili Nəzarət Şöbəsinin fəaliyyət planına uyğun olaraq keçirilən monitorinqin məqsədi tələbələrin dərs prosesinə qoşulma səviyyəsini qiymətləndirmək, akademik nizam-intizamın təmin olunması vəziyyətini müəyyənləşdirmək və davamiyyət göstəricilərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq olub.
Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, monitorinqin nəticələrinin ümumi olaraq müsbət təsir göstərdiyini və dərsə davamiyyətin artırılması məqsədilə bir sıra təkliflərin hazırlandığını bildirib.
Yekunda, tələbələrin dərslərə davamiyyətinin artırılması üçün tədbirlərin görülməsi tövsiyə olunub və bu istiqamətdə təkliflər formalaşdırılıb. Bu monitorinqin Təhsil fakültəsinin gələcəkdə daha səmərəli fəaliyyət göstərməsinə və tələbələrin akademik uğurlarının artırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.