UNEC-in koordinator, Mingəçevir Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması – REFRESH” layihəsinin Keyfiyyətin Təminatı Şurasının növbəti iclası keçirilib

  • Post category:MDU xəbərləri

24 fevral tarixində UNEC-in koordinator, Mingəçevir Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması – REFRESH” layihəsinin Keyfiyyətin Təminatı Şurasının növbəti iclası keçirilib. Görüşdə İtaliyanın Boloniya Universiteti, İspaniyanın Barselona Universiteti, İsveçin Kral Texnologiya İnstitutunun, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Univeristeti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Univeristetinin əməkdaşları iştirak edib.
Görüşdə Boloniya Universitetinin REFRESH layihəsi üzrə koordinatoru Domiziano Mostacci layihənin xarici auditləri ilə tərəfdaşları tanış edib. Görüş REFRESH layihəsinin ümumi fəaliyyətinin və nailiyyətlərini qiymətləndirmək rolunu oynayıb. İştirakçılar indiyə qədər əldə edilmiş mərhələləri əks etdirərək və əlavə diqqət tələb edən əsas sahələri müəyyənləşdirərək layihə fəaliyyətlərinin cari vəziyyətini müzakirə edib. İclasın əhəmiyyətli hissəsi daxili monitorinq prosesinə həsr olunub, burada tərəfdaşlar layihə çərçivəsində həyata keçirilən İş Paketləri (İP) ilə bağlı monitorinq öhdəliklərini birgə nəzərdən keçirib öz aralarında bölgü edib.