Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Aygün Raqif qızı Qədirova ilə müsahibə:

Sual: Aygün müəllim, Gənc Alimlər Şurasının yaradılmasının əsаs məqsədi nədir?

Cavab: Şurаnın fəaliyyətinin əsаs məqsədi MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı və s. həyata keçirlməsindən ibarətdir.

Sual: Gənc Alimlər Şurasının əsas fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?  

Cavab: MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlını аrtırmaq, elmin müxtəlif istiqamətlərində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq, elmi və yaradıcılıq sahəsində islahatların həyata keçirilməsi istiqamətində təhlil və tövsiyələr hazırlamaq əsas fəaliyyət istiqamətləri kimi müəyyən olunmuşdur.

Sual: Görülən işlər və əldə edilən nəticələrlə əlaqədar fikirlərinizi bilmək istərdik…

Cavab: Ali təhsilli kadrların elmi-tədqiqat işlərinin yerinə yetirmə bacarığının formalaşması, müasir şəraitdə elmi-tədqiqat yönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın metodları, elmi-tədqiqatın təqdimatı kimi məsələlərin tədrisi günün zəruri tələbləridir. Görkəmli ədiblərimizdən Abdulla Şaiqin elm haqqında gözəl bir fikri var: “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”. 

Yüksək ixtisaslı kadrların hazırlanmasında, onların elmi tədqiqat sahəsində təcrübəsinin inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır. Ali məktəb ölkədə aparılan elmi tədqiqatların mühüm hissəsini təşkil edir. Bu sahəyə yönəldilən vəsaitin miqdarı ildən-ilə artırılır, nəticədə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətininyüksəldilməsi təmin olunur. Ali təhsil müəssisələrində elmi işlərin nəticələrinin tədris prosesinə tətbiq edilməsinə meyil getdikcə artır, aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasına diqqət yetirilir. Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəbdə elmin əsas vəzifələrindən biridir. Universitetin hədəfi, milli və beynəlxalq səviyyədə bütün tərəfdaşlarla çoxşaxəli əməkdaşlıq quraraq təhsil və tədqiqat sahəsindəki nüfuzu ilə tanınan dünya səviyyəli təhsil müəssisəsinə çevrilməkdir.

Davamlı tədqiqat işləri aparan akademik heyətin inkişafı və tədqiqat fəaliyyətlərinin uzunmüddətli davam etdirməsi üçün dəstəkverici mühitin yaradılmasını təmin etmək əsas görəcək işlərdən biridir. Məhz bu səbəbdən Təhsil və İqtisadiyyat və idarəetmə fakultəsinin gənc əməkdaşlar ilə elmi-tədqiqat bacarıqlarının inkişafı barədə tədbirlər keçirilmişdir. Əlavə olaraq qeyd etmək istərdim ki, tədqiqatla məşğul olan akademik heyətin ehtiyaclarına uyğun davamlı peşəkar təlimlərin təşkil olunmasını təmin etmək vacib məsələlərdən biridir. Bu istiqamətdə Gənc Alimlər Şurasının üzvü Pedaqogika və psixologiya kafedrasının baş müəllimi p.ü.f.d. Könül Cabbarova “Təlim metodlarının və üsullarının tətbiqi” mövzusunda təlim keçərək, iştirakçılara müxtəlif təlim metodları və onların effektiv tətbiqi barədə ətraflı məlumat verib. Təlimin məqsədi, müəllimlərin pedaqoji və psixoloji biliklərini inkişaf etdirmək və müasir təlim metodları ilə tədris prosesini daha interaktiv və effektiv etməkdir. Bundan başqa Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, Gənc Alimlər Şurasının üzvü, dosent Mustafayeva Aidə Mübariz qızının rəhbərliyi ilə təşkil olunan təlimlər universitetin tələbələrinin və müəllim heyətinin texnologiya sahəsində biliklərini artırmağa, gələcəkdə daha səmərəli və peşəkar işlər görmələrinə dəstək olmağa davam edəcəkdir.           

Sual: “Konstitusiya və Suverenlik İli” ilə bağlı hansı tədbirlərin keçirilməsini nəzərdə tutmusunuz?

Cavab: Gənc Alimlər Şurasın təşkilatçılığı ilə “Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği:  Konstitusiya və Suverenlik İli” mövzusunda 4 mart 2025-ci il tarixdə Təhsil fakultəsinin böyük akt zalında elmi konfransın keçirilməsi nəzərdə tutulubdur. Bu istiqamətdə tədbirlərin keçirilməsi çox vacibdir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır.  Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan əsas Qanun məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas Qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır. 

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində görüləcək işlər, həyata keçiriləcək tədbirlər hüquqi dövlət quruculuğu, milli suverenliyin qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 2025-ci il həm Azərbaycan Respublikasının müstəqilliyinin, həm də Konstitusiyasının müəyyən etdiyi hüquqi və demokratik prinsiplərin möhkəmləndirilməsi yolunda tarixi bir il olacaq. Bu təşəbbüs Azərbaycan xalqının milli ruhunu, dövlətinə olan bağlılığını və suverenliyini qoruma əzmini daha da gücləndirəcək.

Müsahibəni apardı: Nazim Niftəliyev