MDU GreenTech HORIZONS layihəsi çərçivəsində fəaliyyətini uğurla davam etdirir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “GreenTech Horizons – Təhsil və İnnovasiya vasitəsilə ikitərəfli Yaşıl və Rəqəmsal Keçidlərin Qonşuluğu Şərqi, Mərkəzi Asiya  və Asiya ölkələrində Təşviqi”  GreenTech Horizons (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia and Asia) layihəsi çərçivəsində Greentech Horizons layihəsinin MDU üzrə komandası tərəfindən universitetin müəllim və magistr tələbələri arasında Yaşıl və rəqəmsal keçidlərlə bağlı sorğu keçirilib. Sorğunun əsas məqsədi Yaşıl və rəqəmsal keçidlərlə bağlı milli siyasət, təşəbbüs və sosial-iqtisadi kontekstlər haqqında məlumat toplamaq, bu sahədə qarşılanan maneələrlə tanış olub həlli istiqamətində lazımi addımlar atmaq olub.

   2024-cü ilin dekabr ayında baş tutan sorğuda 3-ü magistr tələbəsi olmaqla ümumilikdə 15 nəfər müxtəlif fakultələrdən professor-müəllim heyəti və inzibati heyət iştirak edərək öz fikirlərini bölüşüb. Müsahibə yolu ilə keçirilən sorğu əsasında komanda üzvləri müvafiq problemlərin təhlilini hazırlayıb bu yolda həll yolları müzakirə ediblər.

Bununla yanaşı, MDU-nun əməkdaşlıq etdiyi region müəssisələrinin işçi heyəti arasında iqlim dəyişmələri və rəqəmsallaşma mövzularını əhatə edən  sorğu təşkil olunmuşdur. Sorğunun nəticələrinə əsasən, müasir dövrü əhatə edən iqlim dəyişmələri və onların həlli yolları və eləcə də yeni dövrün rəqəmsallaşmaya keçidi ilə əlaqədar müasir standartlara uyğun şəkildə öyrənilməsi region üçün mühüm əhəmiyyət kəsb edir.

   Qeyd edək ki, MDU-nun da iştirak etdiyi büdcəsi 797,000 avro olan layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustan kontekstində davamlı inkişafa təkan verə bilən, bugünkü işçi qüvvəsinin ehtiyac duyduğu ekoloji, rəqəmsal və biznes bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Şərq Qonşuluğu, Mərkəzi Asiya və Asiya regionunda uğurlu ikili yaşıl və rəqəmsal keçidi dəstəkləməkdir.