Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru Minayə Hüseynova və bir qrup tələbəsi 2020-ci ildə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzun Kənan Abdullayevin ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin anası Azadə Abdullayeva övladının körpəlik və gənclik illərindən söz açaraq onun həyat yolu və vətənə olan sevgisindən bəhs edib. Tələbələr şəhid ailəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Ziyarət zamanı şəhidin anası Azadə Abdullayeva universitetin rəhbərliyinə, tələbələrə təşəkkür edib, şəhidlərin xatirəsinin daim əziz tutulmasına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tələbələrin vətənpərvər ruhda yetişdirilməsi MDU-da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə tədbir və fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.