2025-ci il 4 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını müşahidə ediblər.
Universitetin rektoru Anar Eminov Şura üzvlərinə universitet tarixində ilk dəfə tətbiq olunan Mərkəzləşdirilmiş İmtahan Sistemi haqqında ətraflı məlumat verib. Rektor yeni sistemin tələbələrin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə şərait yaratdığını, imtahanların keçirilmə mexanizmini və bu sistemin əhəmiyyətini vurğulayıb.
İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesinin təşkili və keçirilməsini yaxından izləyib, şəffaflığın və ədalətliliyin təmin edilməsini müsbət qiymətləndiriblər.
Qeyd edək ki, MDU-da imtahan sessiyası cari ilin 2 iyun tarixində başlayıb və 4 iyuladək davam edəcək.