MDU komandası ilk dəfə Dünya Robot Çempionatında iştirak edib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrindən ibarət MDU-SKYRIDERS komandası universitet tarixində bir ilkə imza atıb. Komanda “RC planer” kateqoriyası üzrə hazırladığı təyyarə modeli ilə Dünya Robot Çempionatında (World Robot Championship – WRC) iştirak hüququ qazanaraq MDU-nu beynəlxalq arenada təmsil edib.

MDU-SKYRIDERS komandası yarışmada uğurlu təqdimatı ilə seçilərək universitetin adını beynəlxalq platformada qürurla nümayiş etdirib. Komandanın heyətində kapitan Muğumov Məhəmməd, üzv Məmmədli Sübhan və komandanın mentoru, müəllim Muradzadə Elvin yer alıblar.

Universitet rəhbərliyi komanda üzvlərini səmimi-qəlbdən təbrik edir, onların əzmkarlıq və peşəkarlıqlarını yüksək qiymətləndirir. İlk dəfə belə mötəbər yarışmada iştirak etmələrinə baxmayaraq, MDU tələbələri universiteti layiqincə təmsil ediblər.

MDU rəhbərliyi tələbələrin kreativ və yenilikçi təşəbbüslərini daim dəstəklədiyini bəyan edərək, bu uğurlu başlanğıcın texnologiya və mühəndislik sahəsində yeni nailiyyətlərə yol açacağına inandığını vurğulayır. Türk mühəndislik icmasının da bu yolda MDU tələbələrinə dəstək verəcəyi gözlənilir.

Universitet olaraq inanırıq ki, MDU tələbələrinin uğurları ilə daha da böyüyəcək, daha da yüksələcək.