Rektor Anar Eminov yeni tədris ilinin başlaması münasibətilə Mingəçevir Dövlət Universitetinin fakültə və kafedra rəhbərlikləri ilə görüş keçirib

  • Post category:MDU xəbərləri

2025-ci il 11 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2025/2026-cı tədris ilinin başlanması münasibətilə fakültə dekanları, onların müavinləri və kafedra müdirləri ilə görüş keçirib.

Görüş zamanı fakültə və kafedraların yeni tədris ilinə hazırlıq vəziyyəti barədə ətraflı məlumat təqdim olunub, qarşıda duran hədəflər müzakirə edilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə yönümlü mühitin gücləndirilməsi, fakültələrarası koordinasiyanın səmərəli təşkili və universitetdə aparılan şəffaf idarəetmə siyasətinin davam etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Rektor Anar Eminov çıxışında MDU-nun region universiteti kimi üzərinə götürdüyü missiyanı vurğulayaraq, fakültələrin fəaliyyətində innovativ yanaşmaların tətbiqinin, eləcə də əməkdaşlıq və komanda işinin gücləndirilməsinin önəmini qeyd edib. O, yeni tədris ilində müəllim və tələbələr üçün daha əlverişli akademik mühitin formalaşdırılması istiqamətində görüləcək işlərin prioritet olduğunu bildirib.

Sonda rektor Anar Eminov 2025/2026-cı tədris ilinin başlanması münasibətilə universitet əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.