2023-cü ilin yanvarın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.
İmtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan rektor MDU-da davam edən imtahan sessiyasının təşkilindən və təhsilalanların göstəricilərindən məmnunluğunu ifadə edib.
Səmimi ortamda keçən görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Tələbələr və valideynlər universitetdə imtahan sessiyasının gedişatından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 1 fevral tarixinədək hər həftə təşkil olunması nəzərdə tutulub.