Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir. Bu aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına və təbiətə qayğı göstərməyə yönəlik maarifləndirici işlər aparmaqdır. Universitet rəhbərliyinin, tələbələrin və əməkdaşların fəal iştirakı ilə baş tutan aksiyada müxtəlif növ ağaclar əkilərək yaşıllıq sahələri genişləndirilir.
Aksiyanın məqsədi, yalnız yaşıllıqları artırmaq deyil, həm də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə diqqətin artmasına töhfə verməkdir. Bu istiqamətdə universitetin həyata keçirdiyi digər ekoloji layihələr də ekoloji dəyərlərin tələbə gənclər arasında təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərlə universitet, təbiətə qayğı göstərməyin yalnız bir vəzifə deyil, həm də gələcək nəsillərə ötürülməli olan dəyər olduğunu vurğulayır.
Ağacəkmə aksiyası Mingəçevir Dövlət Universitetində yalnız birgünlük tədbir kimi deyil, davamlı olaraq həyata keçirilən fəaliyyətlərin bir hissəsi kimi qiymətləndirilir. Təbiətə və ətraf mühitə qayğı göstərməklə bağlı maarifləndirici tədbirlər, seminarlar və görüşlər həyata keçirilir. Bu kimi aksiyalar cəmiyyətdə təbiətə qayğı ilə bağlı pozitiv dəyişikliyə səbəb olacağına, ekoloji məsuliyyət hissinin daha da güclənməsinə töhfə verəcəyinə əminlik yaradır.