Mingəçevir Dövlət Universitetinin (MDU) “İqtisadiyyat” kafedrasının baş müəllimi Məlahət Rəhimova 2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Kooperasiya Univerasiteti nəzdində fəaliyyət göstərən ED 2.46 Azərbaycan Kooperasiya Univerasiteti və Bakı Biznes Universitetinin birgə Dissertasiya şurasının iclasında elmi rəhbəri i.e.d., professor Veysəl Əyyubovun rəhbərliyi ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi iddiası ilə “Aqrar sahədə istehsalın innovativ inkişaf istiqamətləri” mövzusunda uğurla müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2024-cü il martın 1-də olan qərarı ilə Məlahət Firqət qızı Rəhimovaya 5312.01 “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir.
M.Rəhimovaya Fəlsəfə doktoru diplomu 2024-cü il martın 7-də Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.
Bu münasibətlə MDU-nun rektoru Şahin Bayramov M.Rəhimova ilə görüşüb, onu fəlsəfə doktoru alimlik dərəcəsi alması münasibətilə təbrik edib və gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Son illərdə MDU-da elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artmasından məmnunluğunu bildirən rektor bu müsbət tendensiyanın hazırda modernləşməkdə olan universitetin elmi potensialının güclənməsi baxımından önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda MDU-da əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.