Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texnologiya Universiteti (ATU) və Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Üçtərəfli sənədi ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, LDU-nun rektoru Natiq İbrahimov və MDU-nun rektoru Şahin Bayramov imzalayıb.
Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və s. sahələri əhatə edir.