Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını uğurla davam etdirəcəkdir
Azərbaycan xaıqı Vətən müharibəsi aparır. 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrundakı şərəfli döyüşlərdə Azərbaycanın Milli Ordusu şanlı tarix yazır. Ermənistanın faşist və cinayətkar rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalı və məsuliyyətə cəlb olunmalıdır. Hələ hadisələrin ilk günlərindən dinc əhalini hədəf seçən erməni separatçlıları onlarla günahsız insanın, uşaqların ölümünə rəvac vemişlər.
Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Qısa müddət ərzində böyük zəfərlərə nail olan hərbi birləşmələrimiz vətənpərvərlik nümunəsi göstərirlər. Döyüşçülərə, torpaqlarımızı gecə-gündüz qoruyan, düşməndəın təmizləyən qəhrəman Vətən övladlarına ruh və coşqu verən dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq xalqa müraciətlər edir, ayrı-ayrı informasiya agentliklərinə müsahibələr verir və ən əsası isə azad edilən torpaqlarımızın müjdəsini verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr 17-də xalqa yenidən müraciət edərək ermənilərin növbəti terrorlarından danışmaqla insanları mətin olmağa çağırdı. Düşmənin riyakar və qorxaq, insanlığa sığmayan hərəkətlərindən danışdı. Qeyd etdi ki, “Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu.
Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir”.
Rəsmi Yerevan öz əməllərinə sadiq qalaraq Cenevrə Konvensiyasına zidd əməllər törədir. “Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir”.
Ermənilər illər uzunu torpaqlarımızı işğal altında saxlayıblar. İşğalçılıq əməliyyatları zamanı onlar dəfələrlə təxribatlar, terrorlar, yanğınlar törətmiş, insanları qətlə yetirmiş, əsir götürmüşlər. İşğaldan azad olunan ərazilər erməni vandalizminin şahididir. Prezidentimiz bu barədə belə deyib: “30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.
Hadisələrə dəqiq siyasi qiymət verilməlidir. Dünya birliyi ermənilərin cinayətlərinə göz yummamalıdır. Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir. “Bank rezervlərindəvalyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqı bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var”.
Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. Çünki işğalçı dövlətin rəhbərləri haqsız olaraq savaş edir, zəbt etdiyi torpaqları geri qaytarmaq istəmir. Və bu yolda sadə erməni vətəndaşlarını zorla müharibə bölgəsinə gətirərək onları münaqişəyə cəlb edirlər. Bununla əlaqədar İlham Əliyev qeyd edib ki, Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
Azərbaycan Ordusunun şəxsi heyəti, könüllü döyüşə qatılan vətəndaşlarımız qələbə salnaməsi yazır. Sentyabrın 27-dən bəri düşmənlə mübarizədə əsl qəhrəmanlıq göstərən, illər uzunu haray çəkən torpaqlarımızı bir-bir azad edən cəsur döyüşçülərimizin rəşadəti sonsuzdur. Cənab İlham Əliyevin hər bir qələbə xəbəri xalqa ruh verir, sevinc bəxş edir.
Füzuli böyük qələbənin müjdəsi oldu. “Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir.Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir”.
Ermənilər döyüş meydanlarında qorxudan öz silahlarını yerə qoyub qaçırlar. Qorxmaz, cəsur Azərbaycan torpaqlarının qoruyucularının, xilaskarlarının rəşadətindən danışan Prezidentimiz Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısı barədə də məlumat verib: “Tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb”.
Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. İyirmi birinci əsrin iyirminci ilinin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. İlham Əliyev: “Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir.
Azərbaycan Ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən böyük cəsarətlə gəlir. “Müzəffər Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi”.
Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir və düşmən də, onların havadarları da bunu bilir. Strateji məntəqə və yüksəklikləri əldə edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Bunu dönə-dönə deyən və xalqa arxalanan, qəlbi xalq ilə döyünən Prezidentimiz müraciətində vurğulayıb ki, Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir.17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəriişğalçılardan azad edilib.
“Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır”. “İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir”.
Azərbaycan ordusu öz döyüş gücünü göstərir. Təbii ki, nə ermənilər, nə də ermənipərəst dövlətlər bunu zənn etmirdilər. Haqlı olan Azərbaycan Ordusu öz torpaqlarında vuruşur, yurd yerlərimizi azad edir. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Bu ədalətin qələbəsidir. İrticaçının, istilaçıların məğlubiyyətidir. Haqq mübarizəsini aparan xalq xoşbəxtdir. “Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir”.
Azərbaycan xalqının iradəsi dönməzdir. Bu gün bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. “Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir”.
Məqsədimiz qələbədir, deyən və böyük qələbəyə yaxınlaşdığımızı bəyan edən dövlətimizin başçısı fərəhlə bildirib ki, “Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyübərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”.
Dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial rifah halı yaxşılaşır. Bundan sonra da ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. “Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar”.
Ermənilər və onların havadarları məğlubiyyəti yaxşı bilirlər. Ancaq bununla barışa bilmir və bacardıqları qədər Azərbaycana zərbə vurmağa çalışırlar. Unudurlar ki, heç bir silahlı yağdırı, təxribat Azərbaycanı haqq işi uğrunda mübarizədən çəkindirə bilməz.
Qələbə Azərbaycanladır, Qarabağ Azərbaycandır!
Kamal Nəcəfli
“Dövlət Qulluğunda Fərqlənməyə görə” medallı