Azərbaycan xalqının iradəsi sarsılmazdır

  • Post category:Xəbərlər (AZ)

Azərbaycan xalqının iradəsi sarsılmazdır

 

Oktyabrın əvvəllərində erməni tərəf cəbhə boyu məğlubiyyətdən qorxaraq atəşkəsin əldə edilməsi ilə bağlı Azərbaycana yalvarmağa başladı, bir çox dövlətləri vasitəçi olmağa səslədi. Həmsədr dövlətlər, daha doğrusu ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan ilə Ermənistanı danışığa dəvət etdilər. Moskva şəhərində baş tutan danışıqda humanitar atəşkəs əldə edilsə də düşmən bu sazişə heç bir saat belə əməl etmədi, silahlar yağdırmağa davam etdilər. Daha dəhşətlisi isə müharibə bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərə, dinc insanların yaşadıqları yerlərə raketlər yağdırmaqla insanlığa yaraşmayan soyqırım aktı törədərək özlərinin qanlı əməllərini bir daha tarixə həkk etdilər. Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan həqiqətlərini dünya birliyi bilir. Vətən müharibəsinin ilk günlərindən hadisələri dünya ictimaiyyətinə daha düzgün çatdırmaq məqsədi ilə dünyanın bir çox informasiya agentliklərinin, televiziyalarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə almışlar. Bu müsahibələrdə Azərbaycanın 30 ilə yaxın müddət ərzində düşmən təcavüzündən çəkdiyi zərərlərdən tutmuş bu günkü hadisələrı qədər baş verənlər açıqlanıb. Bu yaxınlarda dövlətimizin başçısı İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə də xüsusilə qeyd edib ki, “Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi”.

Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər, deyən İlham Əliyev əlavə edib ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. “Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır”.

Erməni separatçıları Azaərbaycan Ordusunu zəif zənn edirdi. İllər boyu onların silahlı hücumlarına bir qədər zəif cavab verən, qətl törətməyən Azərbaycan hərbçilərinin gücünə bələd deyildi. Sentyabrın 27-də onların növbəti hücumuna adekvat cavab verən Azərbaycan Ordusunun şəxsi heyəti qısa müddət ərazində torpaqlarımızın işğal altında olan ərazilərini azad etməklə tariximizin şərəfli səhifəsini yazmağa başladılar. Ermənistan isə itkilər verərək geri çəkilməyə başladılar. Onların itkiləri hər gün dəyişən bir statistikadır. İndiyədək 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi,iki S-300 sistemi məhv edilib;

Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.

Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Ermənilər işğal etdikləri torpaqların azad edilməsi ilə heç cür barışa bilmir, terrorları davam etdirirlər. Bizim işğal edilmiş torpaqlarımızda yaşayış yox idi, qəhrəman döyüşçülərimiz bu əraziləri azad etdikdən sonra yayılan videolardan da görünür ki, büralarda yaşayış yoxdur. Dövlətimizin başçısının dediyi kimi,   “Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi”.

Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Vətən müharibəsinə minlərlə könüllü vətəndaşımızın səfərbərliyə yazılaraq yollanması xalqımızın vətənpərvərliyinin nümunəsidir. İlham Əliyev: “Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, – necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, – bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin”.

Başqasına məxsus olan torpaqları ələ keçirərək ondan faydalanmaq məqsədi ilə istifadə edərək düşmən tərəf varlanmağa cəhdlər edib, guya Ermənistanın iqtisadiyyatını gücləndiridilər. İllər boyu Kəlbəcərin qızıl yataqlarını qanunsuz olaraq oranı istismar ediblər. “Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər”.   Onlar unudurdular ki, bu ərazilər ermənilərin deyil, onlar buranı işğal ediblər, bir gün gələcək, torpağın sahibi öz yurduna sahib çıxacaq, necə ki, Şanlı Ordumuz bir-birinin ardınca qələbələır qazanır, xalqımıza ruh yüksəkliyi bəxş edirlər.

Ermənistanda xalq-hakimiyyət birliyi yoxdur. Burada diktatura hökm sürür. İnsanların həyat tərzi çox aşağı səviyyədədir. Dövlətin başında oturanlar özgə torpağını zəbt etməkdənsə xalqın həyat tərzini yaxşılaşdırmaq barədə düşünsə bəjkə də inkişaf yoluna çıxa bilərdilər. Lakin onların niyyətləri məkrli, əməlləri təhlükəlidir. Bu ölkədə çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı.

Status-kvo torpaqların işğal altında saxlanılması demək idi və Azərbaycan bunu dəyişməyə nail oldu. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir.

Azərbaycanın Vətən müharibəsi dünyanın diqqət mərkəzindədir. Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Ermənipərəst dövlətlər nə qədər cəhd eləsələr də ədalətin bərpasına mane ola bilməyəcəklər. Prezident İlham Əliyevin dediyi kimi: “Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir”.

Lakin etiraf etmək lazımdır ki, Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.

Daha bir sitat: “İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik”.

Zaman göstərdi ki, islam dövlətlərinin güclənməsi bəzi avropa ölkələrini narahat edir. bəli, Türkiyənin gücündən narahat olan dairələr var: “Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir”.

Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Türkiyənin ölkəmizə dəstək verməsi, yanımızda olması xalqımızın ürəyindən xəbər verir.

Müsahibədə dövlətimizin başçısı deyib ki, Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır. Və Prezidentimizin bu fikirləri iki dövlətin gücünün, birliyinin nümunəsidir: ”Ərdoğan Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən”. “Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”

Torpaqlarımız azad edilir. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Və biz xalq olaraq öz gözəl şəhərimizə, Şuşaya daxil olacağıq.

Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. O bildirib ki, “Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır”.

Prezidentimizin hər bir fikri bizim üçün tezisdir:

“Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”.

“Bu gün Azərbaycan Ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq”.

“Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi”.

Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Bu Azərbaycanın inkişaf yolunda şərəflə addımlamasına yol açıb.

Əsas odur ki, “ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir – siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik”.

Qarabağ Azərbaycandır!

Ülkər Aşurova,

Texnika üzrə fəlsəfə doktoru