Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə QƏRARI

  • Post category:Xəbərlər (AZ)

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Nazirlər Kabineti

 

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə“Sanitariya-epidemioloji salamatlıq haqqında”

Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinəvəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilətəsdiq edilmiş “Yoluxucu, parazitar vəkütləvi qeyri-yoluxucu xəstəliklərinəmələgəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika vədigər zəruri tədbirlərin görülməsi Qaydaları”naəsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:

1.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılsın.

2.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 12 sentyabr tarixli 336 nömrəliQərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin mətnində “1 dekabr” sözləri “28 dekabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:“1.1.15. 2020-ci il 21noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;”;

2.3. 1.2.5-ci yarımbənd ləğv edilsin;

2.4. 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.1.16-cıyarımbənd əlavə edilsin:“1.1.16. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması.”;

2.5. 1.3-cü bənddə “23 noyabr” sözləri “7 dekabr” sözləri ilə əvəz olunsun və həmin bəndə “bu Qərarın” sözlərindən sonra “2 nömrəli” sözləri əlavə edilsin;

2.6. həmin Qərarın əlavəsində “əlavə” sözü “2 nömrəli əlavə” sözləri ilə əvəz edilsin.

3. Bu Qərar 2020-ci il 21 noyabr saat 00:00-dan qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19noyabr2020-ci il

450