Dünya dövlətlərinin Azərbaycana böyük etimadı
Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyir. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasıı keçiriləcək . Azərbaycan dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Uzun illərdir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya iqtisadi forumlarında, beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, konfranslarda iştirak edir, məruzələri ilə öz fiikirlərini bölüşür. 2020 -ci il dünya dövlətlərini böyük bir çətinlik və sınaqla üz-üzə qoyib. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın demək olar ki, bütün ölkələri bir-biri ilə danışıqlar aparır, bu dəhşətli bəladan qurtilmaq üçün çıxış yoları axtarılır. Azərbaycanda da bu bəladan qurtulmaq, daha doğrusu, xəstəliyə yoluxanların çoxalmaması üçün vaxtında lazımi addımlar atılıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların sağlamlığı, rufah halının yaxşılaşması üçün mart ayının əvvəllərində xüsusi rejimin tətbiq olunması, sonradan isə karantin qaydalarının daha da gücləndirilməsi insanların xəstəliyə yoluxmamasına imkan yaradıb.
Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi onu göstərir ki, dövlətimizin başçısı özünün dəyərli fikir və təklifləri ilə böyük dövlətlərin diqqətini Azərbaycana tərəf istiqamətləndirir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası: Dünya Dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti hədsizdir. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qeyd edim ki, , Azərbaycanda pandemiya ilə mübarizə məqsədi ilə həyata keçirilən tədbirlər Dünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir. Mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işə getməyən vətəndaşların yalnız vacib olduğu halda icazə ilə evdən çölə çıxmaları, yaşlı insanlara göstərilən mənəvi yardımlar, maarifləndirmə tədbirlərinin keçirilməsi bu gün də davam edir.
Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Təəssüflə bildirmək lazımdır ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Bu bir daha dövlətimizin humanistlik missiyasını göstərir.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. BMT Nizamnaməsinəəsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Dünyanın bütün dövlətlərinin, insanların həyatının dəhşətli xəstəlik təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan Prezidentinin belə bir təşəbbüsü təqdirəlayiqdir və bunu böyük dövlətlərin liderləri etiraf edirlər. təbii ki, Azərbaycan Prezidendinin diqqəti hər zaman insanların sağlamlığı, rifah halının yaxşılaşması olub. Ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri barədə danışan dövlətimizin başçısı həqiqətən də öz əməli addımları ilə hər kəsi heyrab qoyub.
Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycan kimi kiçik, lakin iqtisadi cəhətdən günbəgün inkişaf edən, böyük nüfuz sahibi olan bir dövlətin dünyada həyəcan təbilinin çalındığı bir dövrdə insan amilini diqqqətə çəkməklə başqalarına nümunə olması biz Azərbaycan vətəndaşlarının, ziyalıların fərəhinə səbəb olmuşdur.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təbii ki, Ermənistanın, bu mənfur xalqın məkrli niyyətləri, dövlətimizə, xalqımıza qarşı etdikləri dəhşətli hadisələr heç bir zaman unudulmayacaq və bağışlanmayacaqdır. Azərbaycanın uğuru Ermənistanın məhvidir. Bizim ölkəmizdə insanlara nə qədər diqqət və qayğı göstərilirsə, Ermənistanda bu tamamilə əksinədir, Orada insanların həyat tərzi, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər çox aşağı səviyyədədir.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Dünyanı cənginə alan pandemiyanın çoxalmasının qarşısını almaq üçün dövlətlərarası sərhədlərin bağlanması, bütün beynəlxalq tədbirlərin təxirə salınması, danışıqların, sessiyaların yalnız onlayn yolla keçirilməsi və bu kimi digər müzakirələr insane ümid verir ki, yaxın vaxtlarda bu dəhşətli bəladan çıxış yoli tapılacaq, insanlar asudə yaşayacaqlar.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir. Biz Azərbaycan xalqı inanırıq ki, dövlətimizin başçısı bu dəfə də əməli təklifləri və fikirləri ilə xalqımızı sevindirəcəkdir.
Nizami Zeynalov,
tarix üzrə fəlsəfə doktoru,
Mingəçevir Dövlət Universitetinin fakültə dekanı