Azərbaycan Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Davamçı ol” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) məlumatlandırıcı görüş keçirilib.
Diskussiya formatında keçirilən görüşdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Görüş zamanı iştirakçılara hərəkatla bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb, təklif və fikirləri dinlənilib.