Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
2021-ci ilin 16 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.
Mövcud vəziyyətə əsasən MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində həyata keçirilir. Paralel olaraq, MDU kollektivi və tələbələri arasında “COVID-19” pandemiyası ilə mübarizəyə dair maarifləndirmə işləri aparılır.
{phocagallery view=category|categoryid=665|limitstart=0|limitcount=0}