2023-cü il mayın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx: Mingəçevir” konfransı keçirilib. Konfransda MDU-nun gənc əməkdaşları, tələbələri, magistrantları və məzunları, eləcə də Mingəçevir şəhəri və ətraf rayonlarda yaşayan və təhsil alan bir qrup gənc iştirak edib.
Konfransın açılışında MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış edib. Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələri karyera planlamasında vacib olan hədəflərin təyini, davamlı vərdişlərin, təqdimat bacarıqlarının formalaşdırılması kimi bacarıqlar barədə məlumatlandırmaq, ixtisas sahəsini dəyişmək istəyənlərə cəsarətli olmaq, özünə inanmağın işin başlanğıcı olduğunu aşılamaqdan ibarətdir.
Daha sonra konfransın spikerləri təqdimatlarla çıxış ediblər. DMA-nın Qarabağ Regional Məşğulluq filialının müdiri Babək Tağıyev “İşini göstər deyim sən kimsən”, marketoloq və bloqqer Həvva Səfərova “Karyeramda mən nə istəyirəm?”, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov “Gənclik dövrü seqmentasiyası”, sahibkar və təlimçi Elvin Dadaşsoy “Biznes qurma sənəti” mövzusunda çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Təqdimatlar konfrans iştirakçılar tərəfindən maraqla qarşılanıb.