Mingəçevir Dövlət Universiteti Əmək Yarmarkasında təmsil olunub

  • Post category:MDU xəbərləri

2025-ci il sentyabrın 5-də Mingəçevir Dövlət Universiteti (MDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən Əmək Yarmarkasında iştirak edib.

Çoxsaylı dövlət qurumları və özəl müəssisələrin qatıldığı yarmarkada MDU-nun İnsan Resursları şöbəsinin əməkdaşları universitetdə mövcud olan vakansiyalar haqqında gələn şəhər sakinlərinə ətraflı məlumat veriblər. Görüşlər zamanı işə maraq göstərən şəxslərin əlaqə vasitələri və rezümeləri qəbul olunub. Yaramarkaya gələnlər tərəfindən MDU-nun tərəfindən qədim edilmiş vakansiyalara diqqət və maraq yüksək səviyyədə olub.

Qeyd edək ki, universitetin əmək yarmarkasında iştirakı bölgədəki əmək bazarına inteqrasiyanın gücləndirilməsi, yerli sakinlərin məşğulluq imkanlarının artırılması və gənclərə daha geniş karyera perspektivləri yaratmaq məqsədi daşıyır.