Əcnəbi tələbə

Necə müraciət etməli

MDU-da təhsil almaq istəyən əcnəbi tələbələr öz ölkələrindən birbaşa https://portal.edu.az/ platforması vasitəsilə müraciət etməlidirlər. Bunun üçün platformada qeydiyyatdan keçməli və zəruri sənədləri sistemə yükləməlidirlər. Müraciətlə bağlı hər hansı sual yarandığı halda, universitetin Beynəlxalq Əməkdaşlıq şöbəsi ilə (iro@mdu.edu.az ) əlaqə saxlaya bilərlər.

Bakalavriat və magistratura təhsil pilləsinə qəbul üçün təhsil haqqı 1200-2000 AZN təşkil edir. Lakin universitet rəhbərliyinin qərarına əsasən təhsil haqqı ildən-ilə dəyişə bilər.

Bakalavr pilləsinə qəbul şərtləri

  • Ərizə forması
  • Orta məktəbi bitirmək haqqında attestat
  • Tərcümeyi-hal(CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti

Magistratura pilləsinə qəbul şərtləri

  • Ərizə forması
  • Bakalavr diplomu
  • Akademik transkript
  • Niyyət məktubu
  • Tərcümeyi-hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti
  • Tövsiyə məktubu 

Başqa dildə olan bütün lazımi sənədlər rəsmi tərcümə xidməti tərəfindən ingilis dilinə tərcümə edilməli və notarius təsdiqi olmalıdır.

Viza / Miqrasiya

Mingəçevir Dövlət Universiteti təhsil almaq hüququ qazanmış müraciətçilərə Dəvət Məktubu yollayır. Onlar bu məktubla Azərbaycan Səfirliyi və ya Konsulluğuna müraciət etməlidirlər.

Bütün tələbələr Azərbaycana gəlmək üçün vizaya 3 ay əvvəldən müraciət etməlidirlər. Vizayla bağlı zəruri sənədlərin tam siyahısını müvafiq ölkədəki Azərbaycan Səfirliyindən əldə etmək lazımdır.

Əcnəbi tələbələr Azərbaycana gəlməzdən əvvəl üç aylıq tələbə vizasına baş vurmalıdırlar. Vizanın bitməsinə bir ay qalmış isə Azərbaycan ərazisində heç bir maneə olmadan 1 il yaşamağa – müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidirlər. Xarici Əməkdaşlıq Ofisi sizə miqrasiya kartının alınmasında köməklik edəcək.

Əlavə sualınız yarandığı təqdirdə Beynəlxalq əməkdaşlıq ofisi və Tədris şöbəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizə kömək etməkdən məmnunluq duyarıq.

Mingəçevir Dövlət Universiteti təhsil almaq hüququ qazanmış müraciətçilərə Dəvət Məktubu yollayır. Onlar bu məktubla Azərbaycan Səfirliyi və ya Konsulluğuna müraciət etməlidirlər.

Bütün tələbələr Azərbaycana gəlmək üçün vizaya 3 ay əvvəldən müraciət etməlidirlər. Vizayla bağlı zəruri sənədlərin tam siyahısını müvafiq ölkədəki Azərbaycan Səfirliyindən əldə etmək lazımdır.

Əcnəbi tələbələr Azərbaycana gəlməzdən əvvəl üç aylıq tələbə vizasına baş vurmalıdırlar. Vizanın bitməsinə bir ay qalmış isə Azərbaycan ərazisində heç bir maneə olmadan 1 il yaşamağa – müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidirlər. Beynəlxalq əməkdaşlıq şöbəsi sizə miqrasiya kartının alınmasında köməklik edəcək.

Əlavə sualınız yarandığı təqdirdə Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (iro@mdu.edu.az) əlaqə saxlaya bilərsiniz. Sizə kömək etməkdən məmnunluq duyarıq.

Dil hazırlıq kursu

Hazırlıq Qrupuna qəbul olmaq üçün tələb olunan sənədlər

  • * Ərizə forması
  • * Orta təhsili bitirmək haqqında sənədin notariusda təsdiq edilmiş surəti – 1 ədəd
  • * Pasportun surəti – 2 ədəd
  • * 3X4 ölçüdə fotoşəkil – 4 ədəd
  • * Tibbi arayış
  • * QİÇS infeksiyasına yoluxmadığına dairarayış
  • * Tərcümeyi hal (CV)

Hazırlıq qrupuna qəbul üçün son tarix 30 sentyabr və 31 mart olmaqla həyata keçirilir, təhsil haqqı 1200 AZN təşkil edir. Lakin Universitet rəhbərliyinin qərarına uyğun olaraq təhsil haqqı dəyişə bilər.

MDU-da təhsil almaq istəyən əcnəbi tələbələrin ilk olaraq https://portal.edu.az/ platforması vasitəsilə müraciət edib qeydiyyatdan keçmələri və zəruri sənədləri sistemə yükləmələri lazımdır. Müraciətlə bağlı hər hansı sual yarandığı halda, universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (iro@mdu.edu.az ) əlaqə saxlaya bilərlər. Universitetin təşkil etdiyi Hazırlıq Qrupunda əcnəbi vətəndaşlara müntəzəm dil kursları və ixtisasına uyğun fənlər tədris olunur. Hazırlıq qrupunu müvəffəqiyyətlə bitirən əcnəbi tələbəyə Elm və Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir və həmin tələbə bu şəhadətnamə ilə Azərbaycanda ali təhsilin müxtəlif səviyyələrinə müraciət edə bilər.

Əcnəbilər üçün məlumat kitabçası

Yaşayış xərcləri

Mingəçevir  şəhərində aylıq yaşayış xərci orta hesabla 400-450 AZN təşkil edir. Bunlara daxildir: yaşayış, ərzaq, kommunal, eləcə də digər nəqliyyat və sosial fəaliyyət xərcləri və s.

  • * Otelin qiyməti: 50-140 Azn
  • * Nəqliyyat xərcləri: Taksi 2-5 Azn
  • * Avtobus: 0.50 Azn (şəhərdaxili)
  • * Bakı- Mingəçevir: 13 Azn avtobusla
  • * Restoran və kafelərdə yemək qiyməti: universitetin yanında 5-10 Azn

MDU əcnəbi tələbələrin Mingəçevir şəhərində məskunlaşmasına köməklik göstərir.

Tibbi sığorta

MDU beynəlxalq komandası əcnəbi tələbələrə tibbi sığorta ilə bağlı müvafiq köməklik göstərir.