MDU tələbələri Mingəçevir balıqartırma və balıqyetişdirmə elm-istehsalat kompleksində ekskursiyada olub

  • Post category:Pedaqogika / Təhsil

Mingəçevir Dövlət Universitetinin (MDU) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan İS22.1 və İS22.2 qrupunun tələbələri Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Könül Cabbarovanın rəhbərliyi ilə “İbtidai siniflərdə həyat bilgisi və onun tədrisi metodikası” fənninin tədrisi ilə əlaqədar olaraq ekskursiyada olublar.

Yevlax rayonu ərazisində yerləşən “AZ Varvara” MMC-nin Mingəçevir balıqartırma və balıqyetişdirmə elm-istehsalat kompleksində təşkil olunan ekskursiya zamanı tələbələr, kompleksin əsas fəaliyyət istiqaməti ilə yaxından tanış olublar. Onlara bildirilib ki, kompleks ətraf mühiti qorumaqla yanaşı milliyon illərlə Xəzər dənizində və Kür çayında yaşayan, kökləri kəsilməkdə olan nərəcinsli balıqların sayının artırılması və ölkə əhalisini təzə, sağlam balıq və  balıq məhsuları ilə təmin edir.