MDU–ya qəbul olan I kurs (sosial həssas ailədən olan) tələbələrinin nəzərinə!
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.04.2020-ci il tarixli, 138 nömrəli qərarında koronavirus pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanan tədbirlər planında həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin sosial durumu nəzərə alınmışdır.
Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestri (2020/2021 payız semestri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
1. Ünvanlı dövlət sosial yardımı alanlar.
2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
– I və II dərəcə əlilliyi olan şəxslər;
– işsiz kimi qeydiyyatda olanlar;
– yaşa görə əmək pensiyaçıları;
– yaşa görə sosial müavinət alanlar.
Bu hüquqdan faydalanmaq üçün tələbələrin e-telebe.edu.az saytından qeydiyyatdan keçməsi tələb olunur.
Əlavə sualllar yarandığı təqdirdə aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz.
Nizami Zeynalov |
Pedaqoji fakültənin dekanı |
(050) 347-74-72 fakulte_pedaqoji@mdu.edu.az |
Nüşabə Qədimli |
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı |
(050) 716-25-35 |
Almaz Əliyeva |
Mühəndislik fakültəsinin dekan əvəzi |
(050) 346-90-14 |
Üzeyir Zeynalov |
Tədris şöbəsinin müdir müavini |
(055) 916-12-81 |