ELAN – Mingəçevir Dövlət Universiteti əməkdaşların Türkiyənin müvafiq ali təhsil müəssisələrinə təlim və təcrübəyə göndərilməsi ilə bağlı müsabiqə

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti əməkdaşların Türkiyənin müvafiq ali təhsil müəssisələrinə təlim və təcrübəyə göndərilməsi ilə bağlı müsabiqə elan edir

 

2022-ci təqvim ili ərzində elmi, akademik və idarəetmə potensialının gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) 10 əməkdaşının Türkiyənin müvafiq ali təhsil müəssisələrinə (Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və s.) təlim və təcrübəyə göndərilməsi nəzərdə tutulub.

1-3 ay müddətində davam edəcək təlim və təcrübə çərçivəsində əməkdaşlar müxtəlif fəaliyyət istiqamətləri üzrə qardaş ölkənin sözügedən ali təhsil müəssisələrinin təcrübəsi ilə yaxından tanış olmaqla, dərs və elmi-tədqiqat proseslərində iştirak etməklə kadrların təkmilləşdirilməsi imkanlarından faydalanacaqlar.

Bununla əlaqədar olaraq, MDU-da Türkiyənin müvafiq ali təhsil müəssisələrinə təlim və təcrübəyə göndəriləcək akademik və inzibati heyət üzvlərinin seçilməsi üçün müsabiqəyə start verilir.

Müsabiqə iki mərhələdə keçiriləcəkdir:

  1. Sənədlərin ilkin yoxlanılması;
  2. Müsahibə (17.01.2022-ci il tarixdən etibarən);

Müsabiqədə iştirak etmək istəyən MDU-nun akademik və inzibati heyət üzvlərinin aşağıda qeyd edilən sənədləri elektron formada yanvarın 12-dək musabiqe@mdu.edu.az elektron ünvanına göndərmələri tələb olunur:

          MDU rektorunun adına müsabiqədə iştirakla bağlı müraciət (ərizə);

          CV (Rezyume);

          Əsaslandırma arayışı (təlim və təcrübədə iştirakın məqsədi, gözləntilər və əldə ediləcək bilik və bacarıqların universitetdə tətbiqi ilə bağlı təkliflər göstərilməklə);

Təqdim edilən sənədlərin müvafiq İşçi Qrupu tərəfindən dəyərləndirilməsi əsasında yanvarın 16-da müsahibədə iştirak hüququ qazanan əməkdaşların siyahısı müəyyən ediləcəkdir.

Müsahibə “Mingəçevir Dövlət Universitetində işçilərin peşəkarlığının artırılması məqsədilə tərəfdaş ali təhsil müəssisələrinə təlim və təcrübəyə göndərilməsi Qaydaları”na uyğun olaraq müvafiq Müsahibə komissiyası tərəfindən Türk dilində keçiriləcəkdir.

Nəticələr müsahibələr bitdikdən sonra 1 (bir) iş günü ərzində MDU-nun internet saytında (www.mdu.edu.az) elan ediləcəkdir.

Müsabiqəyə dair ətraflı məlumat almaq üçün İşçi Qrupunun fəaliyyət göstərdiyi 211 saylı xidməti otağa (əsas bina) müraciət etmək olar.

Əlaqələndirici şəxs:

İşçi Qrupunun üzvü, Cəlil Bağırov:

Tel.: (055) 338 44 66;

E-mail: musabiqe@mdu.edu.az