2024-cü il iyulun 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
MDU-nun rektor vəfizəsini müvəqqəti icra edən, tədris mələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “MDU-da elm və innovasiya fəaliyyəti haqqında”, “Magistratura və Doktorantura Təhsil Mərkəzinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, magistrant və doktorantlarla iş)”, “MDU-da tələbə təşkilatlarının fəaliyyəti haqqında” və “MDU-da tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla qəbul olunub.
Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.
İclasda Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin, Keyfiyyət təminatı və davamlı inkişaf və Təcrübə və Karyera İnkişafı Mərkəzinin əsasnamələri qəbul olunub.