Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

 

2021-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Ənənəni olaraq, “Açıq qapı” günlərinin keçirilməsinin imtahan sessiyasının gedişatının qiymətləndirilməsində mühüm rol oynadığını bildirən rektor pandemiya şəraitində təhsilalanlarla çevik kommunikasiyanın önəmindən danışıb.

MDU-da cari imtahan sessiyasının üçüncü həftəsi haqqında məlumat verən Ş.Bayramov mövcud reallıqlara uyğun həssaslıqla keçirilən imtahanlarda tələbələrin yüksək fəallıq nümayiş etdirdiyini və müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.

İmtahanların obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında keçirilməsində əməyi olan universitet əməkdaşlarına və könüllü tələbələrə təşəkkür edən rektor növbəti imtahan həftələrində MDU-nun akademik, inzibati və texniki heyət üzvlərinə, tələbə və magistrantlara uğurlar arzulayıb.

Daha sonra imtahan sessiyasının təşkilindən razılıqlarını ifadə edən tələbələr və valideynlər semestr ərzində universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyətin xüsusi diqqətinə və həssaslığına görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.  Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 3 iyun, 10 iyun və 17 iyun tarixlərində keçirilib.

{phocagallery view=category|categoryid=641|limitstart=0|limitcount=0}