2026-cı ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin qadın əməkdaşları ilə görüşlər keçirib.
Səmimi formatda baş tutan görüşdə rektor Anar Eminov qadın əməkdaşları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onların universitetin akademik mühitində və inkişafında mühüm rol oynadıqlarını vurğulayıb, təhsil və elm sahəsində göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib.
Görüşlər MDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin fakültələrində ayrı-ayrılıqda keçirilib. Səmimi söhbət şəraitində keçirilən görüşlərdə qadınların təhsil mühitindəki rolu və universitet həyatındakı fəallıqları qeyd olunub.
Bayram münasibətilə universitet rəhbərliyi tərəfindən xanım əməkdaşlar mükafatlandırılıb, onlara xoş arzular çatdırılıb.
Görüşlərin sonunda xanım əməkdaşlar göstərilən diqqətə, səmimi təbriklərə və xoş sözlərə görə rektor Anar Eminova minnətdarlıqlarını ifadə edib, bu cür görüşlərin universitetdə sağlam və motivasiyaedici əmək mühitinin gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.