You are currently viewing ELAN – Tədqiqatçılar və Alimlər üçün Koreyada Təqaüd Proqramı: Ərizələr Qəbul Olunur!

ELAN – Tədqiqatçılar və Alimlər üçün Koreyada Təqaüd Proqramı: Ərizələr Qəbul Olunur!

Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən qonaq alimlərin proqramı üçün ərizələrin qəbulu prosesinə başlanılmışdır.

Koreya Respublikasının Seconq şəhərində baş tutacaq və 1 ay müddətində keçiriləcək proqramın məqsədi ticarət, kommersiya, beynəlxalq maliyyə əməkdaşlığı, beynəlxalq sərmayə, regionşünaslıq sahələrində çalışan tədqiqatçılar  və alimlər arasında bilik, təcrübə,məlumat və ekspertiza mübadiləsinin, eləcə də şəbəkələşmənin və tədqiqatların təşviqindən ibarətdir.

Ərizəçilərdən doktorluq, yaxud magistr elmi dərəcəsinə və 7 illik peşəkar iş təcrübələrinə malik olmaları, o cümlədən ingilis dilini bilmələri tələb olunur.

Qeyd edək ki, seçilmiş namizədlərin beynəlxalq uçuş,viza,siğorta və yaşayış xərcləri KİEP tərəfindən qarşılanacaq və 2.8 milyon Koreya vonu məbləğində təqaüdlə təmin olunacaqlar.

Müraciət etmək istəyənlərin Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisinə yaxınlaşmaları xahiş olunur.

Əsas tədris binası, 211-ci otaq.