Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) “Region Universitetlərinin Ik İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb. Sonra tələbələrin hazırladıqları startaplar qonaqlara nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov forumun keçirilməsində əsas məqsəd regionda startapların və innovativ sahibkarlıq potensialının inkişaf etdirilməsi, tələbələrə sahibkarlıq bacarıqlarının öyrədilməsi, onların innovativ ideyalarının dəstəklənməsi və biznes mühitinə inteqrasiyası üçün müasir dövrümüzdə universitetlərin üzərinə böyük məsuliyyət düşməsindən bəhs edib. Digər çıxış edənlər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Camal, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala Filialının direktoru Raqif Qasımov forumun işinə uğurlar arzu edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən xüsusi vurğulayıblar. Həmçinin, tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Kapital Bankın Gəncə filialının rəhbəri Vüqar Paşayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər. Daha sonra “Universitetlərin innovasiya ekosistemində rolu” və “Müasir sahibkarlıqda innovasiyaların rolu” mövzusunda iki panel müzakirə təşkil olunub. Sonda qonaqlar Aqrar Universitetinin müasir laboratoriyaları, tələbə parkı, tələbə evləri, maşın traktor parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, vivarium və istixana komplekslərində maddi-texniki baza ilə yaxından tanış olublar.
Mingəçevir Dövlət Universiteti (MDU) “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forum”nda iştirak edib
- Post published:21.12.2024
- Post category:MDU xəbərləri
You Might Also Like

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışında iştirak edib

Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvləri ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verildi

MDU-nun bir qrup əməkdaş və tələbəsi “CISCO”nun beynəlxalq sertifikatını əldə ediblər

Zəfər Gününə həsr olunan sərgi keçirilib
