11-12 Sentyabr 2018-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Təhsildə Yeni Texnologiyaların Rolu: MS Office, İnteraktiv Lövhələr və Onların Təhsildə İstifadəsi” mövzusunda, təlimçilər kafedranın əməkdaşları A.M. Mustafayeva, A.M. Abdurrahmanova və E.O. Xəlilovun iştirakı ilə 2 günlük təlim keçirildi. Təlim Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə, Pedaqoji və Mühəndislik fakültələrinin akademik heyəti üçün tədrisin keyfiyyətini artırmaq məqsədilə rəqəmsal bacarıqların formalaşdırılması istiqamətində təşkil olunmuşdur. Təlimin məqsədi təhsildə texnologiyaların ilkin tətbiqi və tədrisdə tələbələrin fəallığının artırılması idi. Təlim zamanı akademik heyətə MS Office, İnteraktiv lövhələr və digər texnoloji vasitələrin təhsildə istifadəsi, elektron resursların (kitablar, dərsliklər) tətbiqi, müxtəlif cihazlarla (smartfon, planşet) dərs materiallarının paylanması və interaktiv rəqəmsal tədris metodları haqqında geniş məlumat verilmişdir. Bu təlim tədrisdə yeni texnologiyaların istifadəsini genişləndirmək və akademik heyətin rəqəmsal bacarıqlarını gücləndirmək məqsədi daşıyır.

Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Təhsildə yeni texnologiyaların rolu: MS Office, interaktiv lövhələr və onların təhsildə istifadəsi” mövzusunda təlim keçirilib
- Post published:12.09.2018
- Post category:MDU xəbərləri
You Might Also Like

MDU Azərbaycan Mədəniyyəti və İncəsənəti Festivalında təmsil olunub

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan mühazirə keçirilib

MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları üzrə əmək bazarının nümayəndələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr üçün iftar süfrəsi təşkil edilib

Mingəçevir Dövlət Universitetinin təbliğat-təşviqat qrupu Yevlax rayon 3 nömrəli məktəbdə şagirdlərlə görüşüb

Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizlik Laboratoriyasının açılışı olub

MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
