Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi “Yumşaq Bacarıqlar və Əmək Bazarına Hazırlıq” layihəsi çərçivəsində tələbələr üçün “Yaradıcı düşüncə və innovasiya” mövzusunda təlim təşkil olunub. Təlim Təhsil Tələbə Krediti Fondunun dəstəyindən yararlanan tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək məqsədi daşıyıb.
Təlimin məqsədi iştirakçılarda yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi, innovativ yanaşmanın təşviqi və problemlərə fərqli baxış bucağının formalaşdırılması olub. Təlim zamanı yaradıcı düşüncənin mahiyyəti, əhəmiyyəti və innovasiya ilə əlaqəsi barədə məlumat verilib, tələbələr “SCAMPER” metodu əsasında qrup işində iştirak edərək müxtəlif ideyalar üzərində çalışıblar.
İnteraktiv müzakirələr və təqdimatlar zamanı tələbələr innovativ yanaşmalarını nümayiş etdirib, komanda işi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Bu kimi təşəbbüslər Mingəçevir Dövlət Universitetinin tələbələrin şəxsi və peşəkar inkişafına, eləcə də onların əmək bazarına hazırlığına verdiyi önəmin göstəricisidir.