Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış əməkdaşlığa dair Memorandum universitetin iş dünyası ilə əlaqələrinin genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişaf imkanlarının artırılması və əmək bazarına inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Memorandum MDU-da keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində imzalanıb. Sənəd universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi, real sektorla birgə təşəbbüslərin həyata keçirilməsi, tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi, eləcə də əmək bazarının ehtiyaclarına uyğun insan kapitalının formalaşdırılması istiqamətində yeni imkanlar yaradır.
Əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin Konfederasiyaya üzv olan 97 təşkilatla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, universitetin akademik, elmi və insan kapitalı potensialının sahibkarlıq və işəgötürənlər mühitinə təqdim olunması nəzərdə tutulur. Bu əməkdaşlıq tələbə və məzunlar üçün təcrübə proqramları, karyera və məşğulluq imkanları, təlimlər, mentorluq, peşəkar şəbəkələşmə, birgə layihələr və əmək bazarına uyğun bacarıqların inkişafı baxımından geniş perspektivlər formalaşdırır.
Memorandum MDU tələbələrinin bank, maliyyə, sığorta, kənd təsərrüfatı, sənaye, energetika, tikinti, informasiya texnologiyaları, turizm, səhiyyə, hüquq, konsaltinq, istehsal, xidmət və ticarət sahələrində fəaliyyət göstərən qurumlarla daha yaxından tanış olmasına şərait yaradacaq. Eyni zamanda, məzunların ixtisas və bacarıqlarına uyğun müəssisə və təşkilatlarla əlaqələndirilməsi, onların əmək bazarında rəqabət qabiliyyətinin artırılması və peşəkar inkişaf trayektoriyalarının dəstəklənməsi istiqamətində də mühüm imkanlar açacaq.
Bu tərəfdaşlıq MDU-nun “universitet–sənaye–cəmiyyət” əməkdaşlığı modelinin gücləndirilməsinə, tədris və tədqiqat fəaliyyətinin real sektorun ehtiyacları ilə uzlaşdırılmasına, tələbəyönümlü karyera ekosisteminin inkişafına və universitetin regional sosial-iqtisadi inkişafda rolunun daha da artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının üzvləri ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən assosiasiyalar, banklar, şirkətlər, istehsal müəssisələri, ictimai birliklər, konsaltinq və xidmət qurumlarından ibarətdir. Bu geniş tərəfdaşlıq şəbəkəsi MDU tələbə və məzunları üçün çoxşaxəli inkişaf, təcrübə və karyera imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına üzv təşkilatlar:
- Azərbaycan Banklar Assosiasiyası
- Naxçıvan MR Sahibkarlar Konfederasiyası — Cahan Holding
- Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyi
- Asena Ko MMC
- Atəşgah Sığorta Şirkəti
- Atlant MMC
- AZ Protein Foods MMC
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Arıçılar Assosiasiyası
- Azərbaycan Beynəlxalq Bankı
- Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
- Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan İqtisadçılar Cəmiyyəti
- Azərbaycan İnvestisiya Şirkəti ASC
- Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyi
- Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası
- Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası
- Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Milli Kulinariya Assosiasiyası
- Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti — SOCAR
- Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi
- Azərbaycan Sığortaçılar Assosiasiyası
- Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası
- Azərbaycan Toxumçular Assosiasiyası
- Azərbaycan Turizm Assosiasiyası
- Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası
- Azərinşaat Servis MMC
- Azərişıq ASC
- Azərsu ASC
- AZƏRSUN Holding Şirkətlər Birliyi
- AZFEN Birgə Müəssisəsi
- AZMETKO Kompleks Sazlama və Avtomatlaşdırma ASC
- Azneftemaş ASC
- Azpetrol LTD MMC
- Bank Respublika ASC
- Bank Tədris Mərkəzi
- Bioloji Təbabət Tibb Mərkəzi
- Biomed Spektr Tibb Mərkəzi
- CTC Holdinq ASC
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Expert SM Hüquq və Konsaltinq Şirkəti
- Evrascon Avro-Asiya İnşaat Korporasiyası ASC
- Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası
- F.F.F+N MMC
- FAYTON MMC
- Fəxrəddin-K MMC
- Azərbaycan Fermerlər Assosiasiyası
- Gəncə Aqrobiznes Assosiasiyası
- Gəncə Sahibkarlar Assosiasiyası
- Gəncə Şərab-2 ASC
- Göygöl Şərab Zavodu ASC
- Grand Motors MMC
- Granit GP MMC
- Xalq Bank ASC
- İNCİ Group of Companies MMC
- İsmayıloğulları MMC
- İstanbul Çarşı Import & Export LTD
- İteca Caspian MMC
- Kapital Bank ASC
- Karat Holding
- Karvan-L Elmi İstehsalat Şirkəti
- Keşəli MMC
- Qartal Tikinti Firması
- Qədim Quba Özəl Xalçaçılıq MMC
- L.B. Consulting MMC
- İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
- Mingəçevir Sahibkarlar İttifaqı Elastik MMC
- MQS MMC
- Moda və Dizayn Mərkəzi
- Azərbaycan Çəltikçilər Assosiasiyası
- Nabucco Memarlıq və İnşaat MMC
- NEON Firması
- Neuron Technologies MMC
- Odlar Yurdu Universiteti
- Paşa Holdinq
- Polimart MMC
- PricewaterhouseCoopers Audit Azerbaijan MMC
- RAM LTD
- Rusel MMC
- Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyi
- SİNAM MMC
- TAC Aquavita MMC
- Tuna Qablaşdırma ASC
- Turan Bank ASC
- Türk-American Medical Center
- Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İB — TÜİB
- U.F.E Shipping MMC
- Veysəloğlu Qrup
- YapıKredi Bank
Mingəçevir Dövlət Universiteti iş dünyası, sahibkarlıq subyektləri və işəgötürən təşkilatlarla əməkdaşlığı genişləndirməklə tələbə və məzunların praktiki bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və universitetin regional inkişafda rolunun daha da gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.