Mingəçevir Dövlət Universitetinin iş dünyasına çıxış imkanları genişlənir: 97 üzv təşkilatla əməkdaşlıq perspektivi

  • Post category:MSU News

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış əməkdaşlığa dair Memorandum universitetin iş dünyası ilə əlaqələrinin genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişaf imkanlarının artırılması və əmək bazarına inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Memorandum MDU-da keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində imzalanıb. Sənəd universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi, real sektorla birgə təşəbbüslərin həyata keçirilməsi, tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi, eləcə də əmək bazarının ehtiyaclarına uyğun insan kapitalının formalaşdırılması istiqamətində yeni imkanlar yaradır.

Əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin Konfederasiyaya üzv olan 97 təşkilatla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, universitetin akademik, elmi və insan kapitalı potensialının sahibkarlıq və işəgötürənlər mühitinə təqdim olunması nəzərdə tutulur. Bu əməkdaşlıq tələbə və məzunlar üçün təcrübə proqramları, karyera və məşğulluq imkanları, təlimlər, mentorluq, peşəkar şəbəkələşmə, birgə layihələr və əmək bazarına uyğun bacarıqların inkişafı baxımından geniş perspektivlər formalaşdırır.

Memorandum MDU tələbələrinin bank, maliyyə, sığorta, kənd təsərrüfatı, sənaye, energetika, tikinti, informasiya texnologiyaları, turizm, səhiyyə, hüquq, konsaltinq, istehsal, xidmət və ticarət sahələrində fəaliyyət göstərən qurumlarla daha yaxından tanış olmasına şərait yaradacaq. Eyni zamanda, məzunların ixtisas və bacarıqlarına uyğun müəssisə və təşkilatlarla əlaqələndirilməsi, onların əmək bazarında rəqabət qabiliyyətinin artırılması və peşəkar inkişaf trayektoriyalarının dəstəklənməsi istiqamətində də mühüm imkanlar açacaq.

Bu tərəfdaşlıq MDU-nun “universitet–sənaye–cəmiyyət” əməkdaşlığı modelinin gücləndirilməsinə, tədris və tədqiqat fəaliyyətinin real sektorun ehtiyacları ilə uzlaşdırılmasına, tələbəyönümlü karyera ekosisteminin inkişafına və universitetin regional sosial-iqtisadi inkişafda rolunun daha da artırılmasına töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının üzvləri ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən assosiasiyalar, banklar, şirkətlər, istehsal müəssisələri, ictimai birliklər, konsaltinq və xidmət qurumlarından ibarətdir. Bu geniş tərəfdaşlıq şəbəkəsi MDU tələbə və məzunları üçün çoxşaxəli inkişaf, təcrübə və karyera imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına üzv təşkilatlar:

  1. Azərbaycan Banklar Assosiasiyası
  2. Naxçıvan MR Sahibkarlar Konfederasiyası — Cahan Holding
  3. Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyi
  4. Asena Ko MMC
  5. Atəşgah Sığorta Şirkəti
  6. Atlant MMC
  7. AZ Protein Foods MMC
  8. Azərbaycan Respublikası Auditorlar Palatası
  9. Azərbaycan Arıçılar Assosiasiyası
  10. Azərbaycan Beynəlxalq Bankı
  11. Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası
  12. Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası
  13. Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
  14. Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası
  15. Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası
  16. Azərbaycan İqtisadçılar Cəmiyyəti
  17. Azərbaycan İnvestisiya Şirkəti ASC
  18. Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyi
  19. Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası
  20. Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası
  21. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
  22. Azərbaycan Milli Kulinariya Assosiasiyası
  23. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
  24. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti — SOCAR
  25. Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi
  26. Azərbaycan Sığortaçılar Assosiasiyası
  27. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası
  28. Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası
  29. Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası
  30. Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası
  31. Azərbaycan Toxumçular Assosiasiyası
  32. Azərbaycan Turizm Assosiasiyası
  33. Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası
  34. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası
  35. Azərinşaat Servis MMC
  36. Azərişıq ASC
  37. Azərsu ASC
  38. AZƏRSUN Holding Şirkətlər Birliyi
  39. AZFEN Birgə Müəssisəsi
  40. AZMETKO Kompleks Sazlama və Avtomatlaşdırma ASC
  41. Azneftemaş ASC
  42. Azpetrol LTD MMC
  43. Bank Respublika ASC
  44. Bank Tədris Mərkəzi
  45. Bioloji Təbabət Tibb Mərkəzi
  46. Biomed Spektr Tibb Mərkəzi
  47. CTC Holdinq ASC
  48. Azərbaycan Dövlət İqtisad Universiteti
  49. Expert SM Hüquq və Konsaltinq Şirkəti
  50. Evrascon Avro-Asiya İnşaat Korporasiyası ASC
  51. Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası
  52. F.F.F+N MMC
  53. FAYTON MMC
  54. Fəxrəddin-K MMC
  55. Azərbaycan Fermerlər Assosiasiyası
  56. Gəncə Aqrobiznes Assosiasiyası
  57. Gəncə Sahibkarlar Assosiasiyası
  58. Gəncə Şərab-2 ASC
  59. Göygöl Şərab Zavodu ASC
  60. Grand Motors MMC
  61. Granit GP MMC
  62. Xalq Bank ASC
  63. İNCİ Group of Companies MMC
  64. İsmayıloğulları MMC
  65. İstanbul Çarşı Import & Export LTD
  66. İteca Caspian MMC
  67. Kapital Bank ASC
  68. Karat Holding
  69. Karvan-L Elmi İstehsalat Şirkəti
  70. Keşəli MMC
  71. Qartal Tikinti Firması
  72. Qədim Quba Özəl Xalçaçılıq MMC
  73. L.B. Consulting MMC
  74. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
  75. Mingəçevir Sahibkarlar İttifaqı Elastik MMC
  76. MQS MMC
  77. Moda və Dizayn Mərkəzi
  78. Azərbaycan Çəltikçilər Assosiasiyası
  79. Nabucco Memarlıq və İnşaat MMC
  80. NEON Firması
  81. Neuron Technologies MMC
  82. Odlar Yurdu Universiteti
  83. Paşa Holdinq
  84. Polimart MMC
  85. PricewaterhouseCoopers Audit Azerbaijan MMC
  86. RAM LTD
  87. Rusel MMC
  88. Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyi
  89. SİNAM MMC
  90. TAC Aquavita MMC
  91. Tuna Qablaşdırma ASC
  92. Turan Bank ASC
  93. Türk-American Medical Center
  94. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İB — TÜİB
  95. U.F.E Shipping MMC
  96. Veysəloğlu Qrup
  97. YapıKredi Bank

Mingəçevir Dövlət Universiteti iş dünyası, sahibkarlıq subyektləri və işəgötürən təşkilatlarla əməkdaşlığı genişləndirməklə tələbə və məzunların praktiki bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və universitetin regional inkişafda rolunun daha da gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.