You are currently viewing Növbəti “Açıq qapı” günü keçiriləcək

Növbəti “Açıq qapı” günü keçiriləcək

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan dövründə tələbə və magistrantların, həmçinin, onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunur.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2023-cü ilin 18 yanvar tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər muraciet@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.