Amerikalı professor Mingəçevir Dövlət Universitetində növbəti seminar keçirib

Amerikalı professor Mingəçevir Dövlət Universitetində

növbəti seminar keçirib

 

02 mart 2020-ci il tarixdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində növbəti seminarını həyata keçirib.

Professor Richard Schlight Mingəçevir Dövlət Universitetinin “Xarici dillər”   kafedrasının əməkdaşlarına “Elmi-tədqiqat işləri üçün effektiv rəylərin hazırlanması və yazılması”, “Xarici dillər”   kafedrasının əməkdaşlarına və “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan magistrant və bakalavrlara “Auditoriyada tənqidi düşüncə, onların öyrədilməsi yolları”, “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan magistrant və bakalavrlara isə “Elektron məktublardan istifadə edərək ünsiyyət qurmağı öyrətmək” mövzularında seminar keçib.

ABŞ mütəxəssisi Richard Schlight təlimdə seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Maraqlı diskussiyalarla müşahidə olunan seminar pedaqoji heyətin və tələbələrin yüksək marağına səbəb olub.

Xəbər verdiyimiz kimi Amerikalı ingilis dili mütəxəssisinin yanvar ayında MDU-da keçidiyi ilk seminardan sonra növbəti seminarların keçməsinə dair əvvəlcədən razılıq əldə edilmişdir.

{phocagallery view=category|categoryid=335|limitstart=0|limitcount=0}