Ankara Hacı Bayram Veli Üniversitesi (AHBVÜ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Səyahət və turizmin dinamikası” mövzusunda 5-ci beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Cari ilin 16-18 may tarixlərində Ankara Hacı Bayram Veli Üniversitesi (AHBVÜ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Səyahət və turizmin dinamikası” (5th International Travel and Tourism Dynamics – ITTD 2024) mövzusunda 5-ci beynəlxalq elmi konfrans keçiriləcəkdir.

AHBVÜ-nin Turizm fakültəsinin evsahibliyi edəcəyi Konfransın əsas mövzusu “Turizm sahibkarlığı: innovativ yanaşmalar” olaraq müəyyən edilmişdir.

Konfrans haqqında ətraflı məlumat linki: https://hacibayram.edu.tr/ittd24