Azərbaycan tarixində buna oxşar parlaq Qələbə olmamışdır

Azərbaycan tarixində buna oxşar parlaq Qələbə olmamışdır

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayında dövlətimizin başçısı İlham Əliyevin giriş və yekun nitqləri hər zamankı kimi biz partiya üzvləri üçün fəaliyyət proqramına çevrilib. 1990-cı illərin əvvəllərində gənc, müstəqil Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə xalqın həyata, sabaha imamı yox idi, xaos, böhran hökm sürürdü. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Bizi o çətin zamandan illər ayırır. Xalqın çağırışı ilə Bakıya gələn ulu öndər Heydər Əliyevin təcrübəsi Azərbaycanı bu xaosdan xilas etdi. 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və böhrandan çıxma prosesi başladı.

YAP 1992-ci ilin noyabrında yaradılıb. YAP-ın yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi vətənpərvərlik və xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu öndərin ikinci hakimiyyəti dövrü, 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətimizin inkişaf dövrü başlamış, bir çox yaddaqalan hadisələr reallaşmışdır. Həmin illərdə baş verənlər bizim üçün örnək olub. Gənc nəsil də bu məktəbdən bəhrələnməli, təhsil ocaqlarında tədris edilməlidir.

2003-cü ildə xalq yenidən doğru yolu seçərək Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə etimad göstərmişdir. Azərbaycan son 17 il ərzində bir çox tarixi uğurlara imza atıb. Bu dövrü məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirmək tarixçilərin, politoloqların, alimlərin öhdəsinə düşür.

2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Bu barədə Prezident İlham Əliyev belə deyib: “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik.” “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.” Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur.

Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Bu gün Azərbaycanda daxili sabitlik əsas amildir. Bu gün başlıca diqqət azad olunan torpaqlarımızın minalardan təmizlənmısi, davamında isə bu ərazilərdə quruculuq işlərini aparmaqdır. Bu quruculuq işlərində dövlətimizə dost olan ölkələr də iştirak edəcəklər. Həmin ölkələrin rəhbərləri prezidentimizə dəfələrlə müraciət ediblər. Azərbaycana olan bu dəstək ölkəımizin dünyada layiqli yer tutması deməkdir. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub. Xalq iqtidar birliyinin təmin edilməsi dövlətimizin inkişafına hər zaman töhfə verib.

“Şərq tərəfdaşlığı” ölkələrindən yalnız Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci Qarabağ müharibəsi üçün hüquqi baza daha da möhkəmləndirilmişdir. Müharibə dövründə Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanarkən Qoşulmama Hərəkatına üzv ölkələr bu təşəbbüsün qarşısını almışlar.

Qurultayda Prezident İlham Əliyev dedi ki, Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.” Əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi. Qələbəmizi istəməyən, antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər bu məqsədi güdür. Lakin xalq buna yol verməyəcək.

Biz qalib gəldik. Tolerant ölkə kimi dünyada tanınan Azərbaycanda bir çox millətlərin nümayəndələri,o cümlədən ermənilər yaşayırlar. Bundan sonra da belə olacaq. Sadə ermənilərə heç bir təzyiq olmayacaq. Azərbaycan qanunları, dili, vətəndaşlıq pasportu ilə yaşayacaqlar. Təbii ki, biz erməni separatçılarının törətdikləri vəhşilikləri unutmayacağıq. Onlar cəzalarına çatdılar, məğlub oldular, məhv oldular. Biz is qalib dövlət kimi dünyada nüfuz qazandıq.

YAP-ın VII qurultayında Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib. Partiyamızın strukturunda dəyişiklik oldu. Idarə heyəti, təftiş qrupu yeniləndi. Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi qadınlara göstərilən hörmət və ehtiramın bir hissədidir. Həm də Azərbaycan qadınının qabiliyyətli və işgüzar olduğunun bariz nümunəsidir. Biz, YAP Mingəçevir şəhər təşkilatının üzvləri prezidentimizin çıxışlarını özümüz üçün iş proqramı hesab edirik. Yəni fəaliyyətimizdə bəhrələnəcəyik. Təşkilatın qadınlar şurasının üzvləri onlayn formada   geniş və maraqlı tədbirlər keçiririk. Şəhid ailələrinə gedirik, qazilərimizlə görüşürük. Təhsil ocaqlarında da götrüşlərimiz olur. Əsas məqsədimiz dövlətimizin inkişafı üçün töhfələr verməkdir. Yeni nəslin vətənpərvər ruhda böyüməsi, hadisələri bütün gerçəkliyi ilə mənimsəməsi üçün biz əməli addımları davam etdirəcəyik.

Beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Azərbaycan İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldıracaq, daha modern, daha üstün ordu quracaq.

Prezident İlham Əliyev deyib ki, “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar.” Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gediblər. 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi tarixə iz saldı. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması böyük siyasi qələbədir.Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır. Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəsə də bu mümkün olmayacaq. Cənab İlham Əliyev buna yol verməyəcək.

Bu gün bizim başlıca vəzifəmiz gənc nəslin təlim tərbiyəsinə diqqət göstərməkdir. Bu gələcəyimizdir, bu inkişafdır.

Bu böyük yolda xalqımıza, dövlətimizin başçısına uğurlar arzulayıram.

Nurcamal Əsgərova,

YAP Mingəçevir şəhər Qadınlar Şurasının sədri