2026-cı ilin 13 iyul tarixidnə Mingəçevir Dövlət Universitetində “Aze Turizm” MMC ilə əməkdaşlıq əlaqələrinin inkişafına həsr olunmuş görüş keçirilib.
Görüşdə MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova universitet–turizm sektoru əməkdaşlığının tələbələrin praktiki bacarıqlarının inkişafında, müasir xidmət standartlarına yiyələnməsində və əmək bazarına uyğun mütəxəssis hazırlığında əhəmiyyətindən danışıb.
“Aze Turizm” MMC-nin rəhbəri Mehbarə Məmmədova tələbələr üçün mentorluq görüşlərinin, ustad dərslərinin, peşəkar təlimlərin və istehsalat təcrübələrinin təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Görüş çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə “Aze Turizm” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd turizm və qonaqpərvərlik sahəsində təcrübə proqramlarının, birgə layihələrin, peşəkar inkişaf təşəbbüslərinin və karyera imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Sonda əməkdaşlığın konkret fəaliyyət planı əsasında davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.