You are currently viewing Dil, Təhsil və Tədqiqatda Müasir Məsələlər” adlı Beynəlxalq Elmi Konfrans

Dil, Təhsil və Tədqiqatda Müasir Məsələlər” adlı Beynəlxalq Elmi Konfrans

  • Post category:MSU News

2026-cı ilin 18–19 may tarixlərində Mingachevir State University-nin Xarici dillər kafedrasının təşəbbüsü ilə Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Dokuz Eylul University ilə akademik əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Dil, Təhsil və Tədqiqatda Müasir Məsələlər” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Müasir dövrdə dil tədrisi, tətbiqi dilçilik, təhsil texnologiyaları, akademik yazı və tədqiqat metodologiyası sahələrində aparılan elmi araşdırmaların müzakirəsi, akademik təcrübə mübadiləsi və müasir pedaqoji yanaşmaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, konfransın təşkili ali təhsildə aktual akademik məsələlərin müzakirəsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi üçün mühüm elmi platforma rolunu oynayacaq.

Ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən akademik heyət üzvləri, doktorantlar, dissertantlar, magistrantlar, gənc tədqiqatçılar və tələbələr konfransa iştirak etməyə dəvət olunurlar.

Konfransın Mövzuları

I. İngilis Dilinin Tədrisi və Öyrənilməsi

  • İngilis dili tədrisində müasir metod və yanaşmalar
  • Kommunikativ dil tədrisi və interaktiv öyrənmə strategiyaları
  • Xarici dil bacarıqlarının inkişafı (dinləmə, danışıq, oxu, yazı)
  • Dil tədrisində qiymətləndirmə və dəyərləndirmə metodları

II. Tətbiqi Dilçilik və Diskurs Araşdırmaları

  • Tətbiqi dilçiliyin nəzəri və praktik aspektləri
  • Diskurs analizi və mətnlərin funksional xüsusiyyətləri
  • Dil və cəmiyyət: sosiolinqvistik yanaşmalar
  • Müasir kommunikasiya mühitlərində diskurs strategiyaları

III. Tərcümə və Mədəniyyətlərarası Kommunikasiya

  • Tərcümə nəzəriyyəsi və praktikası
  • Bədii və ixtisaslaşmış mətnlərin tərcüməsində problemlər
  • Mədəniyyətlərarası kommunikasiya və dil amilləri
  • Qloballaşma şəraitində tərcümənin rolu

IV. Təhsil Texnologiyaları və Rəqəmsal Öyrənmə

  • Təhsildə rəqəmsal texnologiyaların tətbiqi
  • Onlayn və hibrid öyrənmə modelləri
  • Elektron təhsil resurslarının hazırlanması və istifadəsi
  • Tədrisdə süni intellekt və rəqəmsal platformaların rolu

V. Müəllim Hazırlığı və Peşəkar İnkişaf

  • Müəllim hazırlığında müasir yanaşmalar
  • Pedaqoji bacarıqların və metodiki kompetensiyaların inkişafı
  • Davamlı peşəkar inkişaf və müəllim refleksiyası
  • Tədris fəaliyyətinin qiymətləndirilməsi və keyfiyyət təminatı

VI. Akademik Yazı və Tədqiqat Metodologiyası

  • Akademik yazının prinsipləri və strukturu
  • Elmi tədqiqat metodları və metodologiyası
  • Elmi məqalə və dissertasiya yazma texnikaları
  • Akademik etika və istinad qaydalarına riayət

VII. Dil Siyasəti və Planlaşdırılması

  • Dil siyasətinin nəzəri əsasları
  • Çoxdilli cəmiyyətlərdə dil planlaşdırılması
  • Təhsil sistemində dil siyasətinin rolu
  • Qloballaşma şəraitində milli dillərin qorunması problemləri

VIII. Çoxdillilik və İkinci Dilin Mənimsənilməsi (SLA)

  • İkinci dilin mənimsənilməsi nəzəriyyələri
  • Çoxdilli mühitlərdə dil öyrənmə strategiyaları
  • Psixolinqvistik və sosiolinqvistik yanaşmalar
  • Erkən xarici dil öyrənilməsi və onun xüsusiyyətləri

Məqalə Formatı Tələbləri

Məqalənin Strukturu və Tərtibatı

Konfransın işçi dili: İngilis dili

Format tələbləri:

  • Mətn A4 formatında (210×297 mm), MS Word proqramında hazırlanmalıdır
  • Şrift: Times New Roman, 12 pt
  • Sətirarası interval: 1.15
  • Abzas intervalı: 1.0 pt
  • Səhifə kənarları: hər tərəfdən 2.0 sm

Təqdim olunan materialın (məqalə və ya tezis) həcmi: 5–10 səhifə.

Məqalənin Quruluşu

  • Məqalənin adı (böyük hərflərlə, qalın, mərkəzdə, 12 pt)
  • Müəllifin tam adı (inisial və soyad) (kiçik hərflərlə, qalın, sağa düzülmüş, 12 pt)
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflərlə, sağa düzülmüş, 11 pt)
  • Ölkə, müəssisə (kursivlə)
  • E-mail ünvanı, ORCID, mobil telefon nömrəsi
  • Açar sözlər (5–7 söz, 11 pt) iki dildə: ingilis və Azərbaycan və ya türk dillərində
  • Xülasə (150–250 söz, 11 pt) iki dildə: ingilis və Azərbaycan və ya türk dillərində

Məqalənin Əsas Strukturu

  • Xülasə
  • Giriş
  • Materiallar və metodlar
  • Nəticələr və müzakirə
  • Nəticə

Ədəbiyyat Siyahısı

Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir.

Format:
Müəllifin soyadı, A. A. (İl). Başlıq. Mənbə məlumatı. DOI və ya URL

Kitab

Format:
Müəllif, A. A. (İl). Kitabın adı. Nəşriyyat.

Jurnal Məqaləsi

Format:
Müəllif, A. A. (İl). Məqalənin adı. Jurnalın adı, Cild(Buraxılış), səhifələr. DOI

Konfrans Materialları

Format:
Müəllif, A. A. (İl). Başlıq. Konfransın adı. URL və ya DOI

Veb Səhifə

Format:
Təşkilat/Müəllif. (İl, Ay Gün). Başlıq. Veb saytın adı. URL

Mətn Daxili İstinadlar (APA 7)

  • Bir müəllif: (Aliyev, 2020)
  • İki müəllif: (Aliyev & Mammadov, 2021)
  • Üç və daha çox müəllif: (Aliyev et al., 2022)
  • Birbaşa sitat: (Aliyev, 2020, s. 45)

Qeyd olunub ki, konfrans materiallarına tezislərin daxil edilməsi müvafiq bölmələrin qərarına əsasən müəyyən ediləcək. Zərurət yarandıqda tezislər rəyçilərin qeydlərinə uyğun yenidən işlənərək təqdim edilməlidir. Qeydlər nəzərə alınmadıqda və ya materiallar vaxtında təqdim edilmədikdə tezis konfrans materiallarına daxil edilməyəcək.

Müəlliflər tezislə birlikdə plagiat hesabatı da təqdim etməlidirlər. Oxşarlıq indeksi 25%-dən artıq olmamalıdır. Konfrans materialları kollektiv şəkildə nəşr ediləcək və hər müəllifdən yalnız bir tezis (müəllif və ya həmmüəllif kimi) qəbul olunacaq.

Məqalələr 1 may 2026-cı il tarixinədək aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:
cier.editorial@mdu.edu.az

Konfransın mövzuları və materialların təqdim olunması ilə bağlı ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Gülşən Nəsirova
Xarici dillər kafedrasının müəllimi
Mingachevir State University

E-mail: gulshan.nasirova@mdu.edu.az

Tel.: (+994 55) 837-01-38 / (+994 50) 836-93-66

Download the “PDF” file to familiarize yourself with the article submission guidelines.