Cari tədris ilində MDU Elmi Şurasının ilk iclası keçirilib

2023-cü ilin sentyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının cari tədris ilində ilk iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibətilə universitet kollektivini təbrik edib və gündəlikdə duran məsələləri diqqətinə çatdırıb.

İclasda 2023/2024-cü tədris ili üzrə MDU Elmi Şurasının iş planı, yaz və yay imtahan sessiyasının yekunları, bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları və qarşıya qoyulan vəzifələr haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra sözügedən hesabatlar Şura üzvləri tərəfindən qəbul olunub.

Bununla yanaşı, iclasda “2023/2024-cü tədris ilinin “MDU-da Keyfiyyət İli” elan edilməsi haqqında qərar qəbul edilib.

Sonra, 2023/2024-cü tədris ilində qardaş Türkiyənin Qazi Universitetinin professoru Cemal Yılmaz, Ankara Hacı Bayram Veli Universitetinin professoru Evren Güçer və TESOL mütəxəssisi Anna Cannonun MDU-da fəaliyyətə başlaması barədə məlumat diqqətə çatdırılıb, qonaq mütəxəssis və alimlərə işlərində uğurlar arzulanıb.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.