2025-ci ilin 13 oktyabr tarixində “Energetika həftəsi” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisasılarında təhsil alan III kurs tələbələri “Azərbaycan İES” MMC-yə ekskursiya ediblər.
Ekskursiya MDU-nun Energetika kafedrasının təşkilatçılığı ilə həyata keçirilib. Ekskursiya zamanı tələbələr müəssisənin fəaliyyəti, enerji istehsalı prosesi, müasir texnoloji avadanlıqlar və istehsalatda təhlükəsizlik qaydaları ilə yaxından tanış olublar. Tələbələri ixtisas fənn müəllimləri və müəssisənin təhlükəsizlik texnikası üzrə mütəxəssisi müşayiət edib.
Tədbirin təşkilində göstərilən dəstəyə görə MDU rəhbərliyi və “Azərbaycan İES” MMC-nin rəhbərliyinə təşəkkür ifadə olunub.
Qeyd edək ki, qarşıdan gələn 20 Oktyabr – “Energetiklər Günü” ərəfəsində Mingəçevir Dövlət Universitetinin tələbələrinin ixtisas qrupları üzrə ekskursiyalarının həm “Azərbaycan İES” MMC, həm də Mingəçevir SES-də davam etdirilməsi nəzərdə tutulur.