“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin növbəti tədbiri

“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin növbəti tədbiri

“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “BMT-nin Davamlı İnkişaf Məqsədləri Biznes Təhsilində” adlı növbəti tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 23 fevral saat 19:00-da baş tutacaqdır. Tədbirin əsas məqsədi korporasiyaların qlobal problemlərin həllindəki roluna diqqət yetirməkdən ibarətdir. Məruzəçi aktiv rol oynamaq üçün əsaslı biznes səbəblər, həmçinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasına verilən töhfələrin kommersiya biznes modelinə necə daxil edilməsi barədə məlumat verəcəkdir.

Vebinarda Korporativ idarəetmə sahəsində ixtisaslaşmış və idarə heyəti üzvlərinə konsultasiya verən təcrübəli korporativ hüquqşünas xanım Elvira de Jong qonaq spiker qismində çıxış edəcək. O, hal-hazırda Oksford Universitetindəki “Saïd Business School”-da “Executive MBA” təhsili alır və “De Brauw Blackstone Westbroek” şirkətində çalışır. 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulmuşdur. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 21 fevral 2021-ci il tarixinədək aşağıda göstərilən keçiddən qeydiyyatdan keçmək lazımdır:

Qeydiyyat üçün link