You are currently viewing MDU-nun rektoru Şahin Bayramov İrlandiyada konfransda iştirak edir

MDU-nun rektoru Şahin Bayramov İrlandiyada konfransda iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İrlandiyanın Dublin şəhərində konfransda iştirakı ilə bağlı “facebook” səhifəsində paylaşım edib:

Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 2022-ci ilin 25-28 oktyabr tarixlərində İrlandiyanın Dublin şəhərində keçirilən 16-cı Baş Konfransında iştirak edirik.

Dublin Universitet Kollecinin (UCD) evsahibliyi etdiyi Konfrans “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunub.

Dünyanın 130-dan çox ölkəsinin 600 universitetini birləşdirən qlobal təşkilatda Mingəçevir Dövlət Universitetini (MDU) təmsil etmək qürurvericidir.

Qeyd edək ki, MDU 2022-ci ilin iyul ayından IAU-nun üzvüdür.

Attending the 16th General Conference of the International Association of Universities (IAU), being held on 25-28 October 2022, in Dublin, Ireland.

The theme of the Conference is “The Relevance and Value of Universities to Future Society”, and it’s hosted by the University College Dublin (UCD).

Proud to represent Mingachevir State University (MSU) in a global organisation that unites around 600 universities from more than 130 countries.

It is to note that MSU has become a member of the IAU since July 2022.