MDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

2024-cü il martın 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Öncə, “İqtisadiyyat” kafedrasının baş müəllimi Məlahət Rəhimova fəlsəfə doktoru diplomunu alması münasibətilə təbrik edilib, elmi-pedoqoji fəaliyyətində uğurlar arzulanıb. Sonra, MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədrliyinə keçirilən seçkilərdə qalib gələrək yeni sədr seçilən Aslan Ələkbərzadə Şura üzvlərinə təqdim edilib. Fəaliyyətində uğurlar arzulanan A.Ələkbərzadənin MDU-da TGT-nin fəaliyyətinin təşkilində universitetin bütün sturuktur bölmələrini dəstək olmağa dəvət edib. MDU TGT-nin əvvəlki sədri Pənah Kərimova göstərdiyi xidmətlərə və universitetə verdiyi faydalara görə minnətdarlıq edilib.
Daha sonra, MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “İqtisadiyyat və idarəetmə fakultəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş)”, “2023-cü il üçün universitetin maliyyə-təsərrüfat fəaliyyəti haqqında” və “MDU-nun elmi tədbirlərdə (konfrans, simpozium, layihələr və s.) iştirakı haqqında” hesabatlar dinlənilib. Hər üç hesabat aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla hesabat qəbul olunub.
Hesabatlardan sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının “Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası” haqqında 2024-cü il 21 fevral tarixli qərarına əsasən edilən dəyişikliklərlə tanış olunub və buna uyğun oaraq tələbələrə akademik məzuniyyətlərin verilməsi ilə bağlı müddəalarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edildi.
Elmi Şura iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.