İqtisadi Tədqiqatar Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.12.2024-cü il tarixli, 47 nömrəli qərarı ilə yaradılmışdır. Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

İqtisadi Tədqiqatlar Mərkəzinin aşağıdakı vəzifələri vardır:

  • İqtisadi sahələr üzrə elmi-tədqiqat aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq;
  • Dövlət və özəl sektorda iqtisadi tədqiqatların səmərəliliyini artırmağa yönəlmiş təhlil və təkliflər hazırlamaq;
  • İqtisadi tədqiqatların təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək;
  • Mərkəzin fəaliyyətinə dair beynəlxalq təcrübəni öyrənmək və bu təcrübəni Azərbaycan şərtlərinə uyğunlaşdırmaq;
  • İqtisadi tədqiqatlarla bağlı mütəxəssislər və kadrlar hazırlamaq;
  • İqtisadi tədqiqatların icrası ilə əlaqədar təlimlər və seminarlar təşkil etmək.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İqtisadi tədqiqatlar sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq;
  • Azərbaycan Respublikasının iqtisadiyyatının müasirləşdirilməsi prosesinə töhfə vermək;
  • İqtisadi tədqiqatların həyata keçirilməsi istiqamətində təhlil və tövsiyələr hazırlamaq;
  • İqtisadi istiqamətli kafedraların elmi-tədqiqat mövzularının və magistrantlara verilən mövzuların seçilməsində iştirak etmək;
  • Magistrantların “Tədqiqatlar, kommunikasiya və innovasiya”, “Elmi-tədqiqat” və “Elmi-pedaqoji” təcrübələrinin keçirilməsi zamanı “Doktorantura və Magistratura Mərkəzi” ilə əməkdaşlıq etmək;
  • Magistrantların tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.

Mərkəzin rəhbəri

Məmmədli Vüqar
Əhməd oğlu

İqtisad elmləri üzrə fəlsəfə doktoru,
“İqtisadiyyat” kafedrasının dosenti vuqar.mammadli@mdu.edu.az

Members

  • f.d., dos. Abdullayev Kamran Nurəddin oğlu- Elm və Təhsil Nazirliyinin “İqtisadiyyat İnistitu”nun əməkdaşı.
  • f.d. Məmmədli Yeganə Zakir qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının baş müəllimi.
  • Musayev Pünhan Günəş oğlu- “Sosial Tədqiqatlar Mərkəzi”nin əməkdaşı.
  • Məmmədov Saqib Yaşar oğlu- MDU-nun “Biznes və menecment” kafedrasının müəllimi; Gəncə Dövlət Universitetinin dissertantı.
  • Nadirova Aytən İlham qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının müəllimi; Ankara Hacı Bayram Veli Universitetinin doktorantı.

Fəaliyyət planı

Events

İqtisadi inkişafa innovativ yanaşma zərurəti. MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, i.f.d., dosent Məmmədli Vüqar Əhməd oğlu ilə müsahibə

İqtisadi inkişafa innovativ yanaşma zərurəti. MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, i.f.d., dosent Məmmədli Vüqar Əhməd oğlu ilə müsahibə

Sual: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nələri qeyd edə bilərsiniz? Cavab: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə