MDU “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq konfransda təmsil olunub

2023-cü il aprelin 12-də Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi-nəzəri konfransda fəal təmsil olunub.

Konfransın bölmə iclaslarında MDU-nun Elm və innovasiyalar şöbəsinin baş mütəxəssisi Günel Kərimli və Gülnarə Qurbanova “Azərbaycan mədəniyyətinin himayədarı”, Xarici dillər kafedrasının müəllimlərindən Gülşən Nəsirova “Multicultural policy of the Republic of Azerbaijan and foreign policy of the country during Heydar Aliyev’s presidency”, Ləman Zeynalova-Məmmədova və Türkanbəyim Əhmədli “The role of Heydar Aliyev’s speeh in our language” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb